Şahdağ”ın U-12 komandasının söz-söhbətə səbəb olan Milan səfəri
KLUB RƏSMİSİ: “...PULU ÖZÜMƏ GÖTÜRƏ BİLƏRDİM"
Mayın 26-dan 29-a kimi Qusarın “Şahdağ" klubunun U-12 komandası İtaliyanın Milan şəhərində “Qazprom" şirkətinin təşkil etdiyi turnirdə iştirak edib. Turnirdə 3 oyuna çıxan Qusar komandası hər 3 oyunda məğlub olub. Təmsilçimiz Belçika “Standard"ına və Çin “Yain Çao"na 0:2 və Rusiya “Zenit"inə 0:3 hesabı ilə uduzub.
Uşaq futbolunda nəticə önəm daşımamalıdır.
Aşağı yaş qruplarında qarşıya qoyulan əsas məqsəd futbolçu yetişdirmək olmadıjır.
Bu nöqteyi-nəzərdən “Şahdağ"ın U-12 komandasının Milanda məğlub olmasının,
3 oyunda 1 qol
vurmamasının səbəblərini araşdırmağa ehtiyac görmürük.
Məqsədimiz tamam başqadır.
Komandanın Milan səfəri bir çox söz-söhbətlərə yol açmışdı.
Məsələn, nəyə görə komandanı Milana baş məşqçi kimi əsas komandanın çalışdırıcısı,
cəmi 6 aydır Qusarda işləyən Adil Mahmudov aparmışdı?
Bundan başqa,
“Şahdağ"ın sabiq baş məşqçisi Telman Cavadov klub rəhbərliyini uşaqların valideynlərindən pul almaqda ittiham etmişdi.
Onun sözlərinə görə,
Milana gedən hər uşağın valideynindən
1000 manat pul alınmışdı.
T.Cavadov haqlı idi?
Nəhayət, nəyə görə
“Şahdağ"? Axı, bu klubun hazırki vəziyyəti hamıya məlumdur.
Əsas komandası bərbad gündə olan klub U-12
komandasını hansı yolla Milana göndərə bilib?
Bütün bu suallara səfərin əsas təşkilatçısı,
“Şahdağ"ın mətbuat xidmətinin rəhbəri Rüstəm Əzimov aydınlıq gətirdi.
Rüstəm bəy öncə səfər təəssüratını bölüşdü.
Onun sözlərinə görə Milandakı turnir uşaqlar üçün əsl futbol bayramı oldu, təşkilatçılıq yüksək səviyyədə idi:
“Hər komandaya bir nəfər xüsusi şəxs ayırmışdılar.
Həmin şəxs nəzarətçi funksiyasını yerinə yetirirdi,
məsləhət və tapşırıqlarını verirdi. Bunun isə bizə böyük köməyi oldu. Türkiyənin “Beşiktaş"
klubu həmin turnirdə iştirak edirdi və bizi də ən yaxşı onlar qarşıladı.
Əsl qardaş kimi idik.
Bundan başqa,
Suriyanın “Əl-Vahda" klubu ilə
də yaxşı münasibət qurduq. Həmin klubun uşaqları ilə bizim uşaqlar formalarını dəyişdilər.
Eyni zamanda Belarusun BATE,
Qırğızıstanın “Dordoy", Qazaxıstanın “Kayrat", Ukraynanın “Volın" və Braziliyanın “Fluminense" klubları ilə də xoş ünsiyyət yarada bildik.
Braziliyalı uşaqların avtobusda
“Şahdağ", “Azərbaycan" şüarları qışqırması qürurverici idi.
Turnir uşaqların futbola baxışının müsbət yöndə dəyişməsi,
günyagörüşlərinin artması üçün əla fürsət oldu.
Uşaqlarımızın zəif nəticə göstərmələrinə gəlincə,
turnir elə də ciddi xarakter daşımırdı.
Sadəcə, balacalar üçün futbol bayram idi.
Bizə qarşı oynayan komandaların möhtəşəm infrasktruktur və futbol akademiyası var idi.
“Standard" Belçikanı, “Zenit" Rusiyanı təmsil edirdi. Adlar özü hər şeyi deyir. Bu arada qeyd edim ki, turnirdə “Şalke", “Atletiko", “Vest Hem" kimi komandaların heç biri finala çıxa bilmədi. Finalda Sloveniyanın
“Maribor" və Macarıstanın
“Debretsen" komandaları üz-üzə gəldilər və “Maribor” 1:0 hesabı ilə qalib gələrək kubokun qalibi oldu".
Daha sonra Rüstəm Əzimov komanda ətrafında yaranmış söz-söhbətlərə münasibət bildirdi. Onun sözlərinə görə, Milana məhz “Şahdağ"ın getməsi özünün təhəbbüsü olub. Bu yöndə jurnalist Leyla Əmirova da “Şahdağ"a kömək edib. Bir müddət əvvəl Leyla xanım Rüstəm bəyə belə bir səfərin olduğunu demişdi. Belə bir fürsəti əldən verməyən Rüstəm Əzimov komandanın Milana getməsi üçün əlindən gələni edib.
U-12 komandasını səfərə əsas komandanın baş məşqçisi Adil Mahmudovun
aparması məsələsi də birmənalı qarşılanmamışdı. Axı, Mahmudov 6 aydı Qusarda işləyir və o uşaqların hazırlanmasında heç bir əməyi olmayıb. Məsələ burasındadır
ki, komanda səfərə gedərkən “Şahdağ"ın düşərgəsində
təkcə Adil Mahmudov qalıbmış. Digər məşqçilər, o cümlədən uşaq futbolunda çalışan mütəxəssislər klubu tərk ediblərmiş. Bu üzdən komanda Adil Mahmudova tapşırılıb.
Nəhayət, gəldik əsas, Milana gedən hər futbolçunun valideynindən səfər üçün 1000 manat alınması məsələsinə. Klub rəsmisi bu ittihamlara
belə cavab verdi: “Kimsə hər uşaqdan min manat aldığımızı deyirsə, sübut etsin. Bunu bacarsa, bütün Qusar camaatından üzr istəməyə, hətta tutduğum postan getməyə hazıram. Müəyyən məbləğin yığıldığını etiraf edirəm. Çünki səfərə getmək üçün uşaqlara forma, rəqiblərə hədiyyə vermək üçün vımpellər hazırlamaq lazım idi. Klubun sponsoru heç bir yardım göstərməyincə, bu işləri hansı pulla görməli idik? Sponsor pul vermir deyə, o cür səfərdən imtina etmək olmazdı. Axı bu, bizim klub üçün tarixi səfər idi. Mən heç öz cibimdən nə qədər pul xərclədiyimi
demirəm. Bunu nə Bakıda bilən var, nə də Qusarda. Belə baxanda, mənim kimə borcum var idi? Bu səfəri 3 min dollara başqa kluba satıb, pulu özümə götürə bilərdim. Amma əksinə, əlimdən gələni elədim ki,
Milana “Şahdağ" getsin".
“Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |