"Qarabağ" Albaniya çempionuna məğlub oldu

01.07.2016 | 3186 dəfə oxunub

Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu ölkədə sonuncu yoxlama oyununu keçirib. Stadium.Az xəbər verir ki, naş məşqçi Qurban Qurbanov komandasının Albaniya çempionu "Skenderbeu"yla oyunda sınayıb.  Ağdam klubu bu oyunda rəqibinə 1 cavabsız qolla məğlub olub.

Daha əvvəl isə "Qarabağ" "Vakker İnsbruk"a (Avstriya) 0:1 hesabı ilə məğlub olub, "Zenit"ə də (Rusiya) bu hesbla qalib gəlib.

"Qarabağ" - "Skenderbeu" (Albaniya) 0:1

“Qarabağ”: 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 10. Muarem Muarem, 91.Coşqun Diniyev, 20. Riçard Almeyda, 8.Miçel Madera, 9. Reynaldo Silva, 99. Dani Kintana,

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 94. Halit Çıtırlı, 17. Namiq Ələsgərov,11. Mahir Mədətov, 23. Elgün Uluxanov, 33. Eltun Turabov, 34. Salman Cəfərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 15. Rahid Əmirquliyev, 19. Azər Salahlı, 67. Əl Hərbi Əl Jadeouyi, 77. Cavid Tağıyev

"Skanderbeu" Şehit O., L. Abazi, M.Radas, T. Osmani, B. Lulaj, S. Lilaj, Orelesi N., S. Lətifi, E. Qavazaj, H.Salihi, M. Fukuy

Ehtiyat Oyuncular: S. Brune, D. Bayram, N. Valmir, İ. Hektor, Z. Agim, İ. Paolo, A. Malas, P.Sabiem, A. James, A. Mustafa, Ş. Kelmend, L. Sergio

Qeyd edək ki, Qara Qarayev və Bədavi Hüseynovun yüngül zədəsi olduqları üçün bu matçda iştirak etməyəcək.

 

Dəq 1: Qarşılaşmaya "Şkenderbeu"nun topa toxunuşu ilə start verildi.

Dəq 3: Matç yüksək templə davam edir

Dəq 6: Oyunda ilk təhlükəni komandamız yaradır. Muaremin sol cinahdan ötürməsini Reynaldodan öncə müdafiəçilər topu uzaqlaşdırır.

Dəq 9: Reynaldonun zərbəsini rəqibin qapıçısı zərərsizləşdirir.

Dəq 14: Muarem oyundan kənar vəziyyətə düşür.

Dəq 22: Oyunda ən real qol epizodu yaranır. Riçard Almeydanın cərimə meydançasından qapıya zərbəsini qapıçı dəf edir

Dəq 27: Maksim Medvedev sağ cinahdan cərimə meydançasına daxil olsa da, son zərbəni endirə bilmir.

Dəq 30: Reynaldo sarı vərəqə ilə cəzalanır

Dəq 39: Komandamız daha bir qol epizodu yaradır. Maksim-Reynaldo paslaşmasının sonunda Reynaldo son zərbəni endirə bilmədi

Dəq 41: Künc zərbəsindən sonra Reynaldonun başla qapıya göndərdiyi topu qolkiper tutur

Dəq 45: "Şkenderbeu" cərimə zərbəsindən hesabı açır. Və bu qoldan dərhal sonra ilk hissə başa çatır

Dəq 46: İkinci hissəyə komandamız 3 dəyişikliklə başlayır. Ansi Aqollini Əl Hərbi Əl Jadeouyi, Elvin Yunuszadəni Arif Daşdəmirov, Coşqun Diniyevi isə Rahid Əmirquliyev əvəzləyir.

Dəq 49: Arif Daşdəmirovun sağ cinahdan yerlə ötürməsini müdafiəçilər topu uzaqlaşdırır

Dəq 56: Muarem Muaremin başla zərbəsi, top azacıq qapıdan aralı keçir.

Dəq 58: Dani Kintananın cərimə meydançasına asmasını rəqibin qolkiperi dəf edə bilir.

Dəq 60: Muarem meydan yerini Əfran İsmayılova buraxır. Rəqibin heyətində isə 3 dəyişiklik qeydə alınır. Qolkiper Şehini Brune əvəzləyir, bundan əlavə Ademy James və Mustafa Argend də oyuna daxil olur

Dəq 70: "Şkenderbeu" 1:0 hesabı ilə irəlidədir

Dəq 75: Mahir Mədətov meydana daxil olur

Dəq 90: Qarşılaşma başa çatdı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2019

08.12.2019

16:28  "Sabah" - "Neftçi" - HEYƏTLƏR

14:31  "Sumqayıt" - "Qəbələ" - HEYƏTLƏR

14:30  "Zirə" - "Səbail" - HEYƏTLƏR

13:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11:59  Beqoviçlə bağlı yeni iddia - digər Premyer Liqa klubuna keçir?

07.12.2019

23:14  "Montpelie" - PSJ - 1:3 VİDEO

19:15  "Real" - "Espanyol" - 2:0 VİDEO

12:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08:13  "Qarabağ" - "Keşlə" - FOTOLENT

06.12.2019

20:54  "Qarabağ" yenə xal itirdi - YENİLƏNİB

18:46  "Qarabağ" - "Keşlə" -HEYƏTLƏR

05.12.2019

14:32  İlin son təyinatları - Azərbaycan Premyer Liqası

02:24  PSJ - "Nant" - 2:0 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə