"Baltsan"ın baş məşqçisi: "Amma bu dəfə geri dönüş edəcəyik"

06.07.2016 | 2558 dəfə oxunub

"Qonaqpərvərliyə görə "Neftçi"yə təşəkkür edirik. Bakıda bizə yaradılan şəraitdən razıyıq".

Sttadium.Az xəbər verir ki, bu fikirləri Maltanın "Baltsan" klubunun baş məşqçisi Oliver Spiteri bu gün keçirilən mətbuat konfransında deyib. 

"Neftçi" ilə Avropa Liqasının I təsnifat mərhələsində sabahkı cavab oyunu haqda danışan mütəxəssis çox çətin matç olacağını bildirib:

"İlk oyun da çətin keçdi. Amma bu dəfə geri dönüş edəcəyik. Bunun üçün əlimizdən gələni edəcəyik. "Baltsan" avrokuboklarda hələ çox kiçik komandadır. Yeriməyi öyrənməliyik ki, qaçmağı bacaraq".

Spiteri "Neftçi"də Araz Abdullayev, Rəhman Hacıyev və Ruslan Qurbanovun oyunlarını bəyəndiyini bildirib: "Birinci adını çəkdiyim futbolçu yüksək səviyyədədir. "Neftçi"nin güclü hücum xətti var. Bizim komanda isə gəncdir. Ötən illə müqayisədə dəyişiklik olub. "Neftçi"dən gözlədiyim oyunu gördüm. Bakı gözəl şəhərdir. Avropa Oyunları, "Eurovision" mahnı yarışması burada keçirilib. Siyasi münasibətlərimiz də yaxşıdır. İnanıram ki, Bakı gələcəkdə daha gözəl olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə