Əmrah Çəlikəl: "Komandaya dəstək olmaq lazımdır"

06.10.2016 | 3618 dəfə oxunub

"Qarabağ"ın hazırkı vəziyyəti hər bir komandanın, idman həyatını davam etdirən hər kəsin başına gələ biləcək bir hadisədir".

Stadium.Az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş direktoru Əmrah Çəlikəl jurnalistlərə açıqlamasında deyib.

Klub rəsmisi ardıcıl məğlubiyyətlərə baxmayaraq rəhbərlik etdiyi komandanın "qara zolaq"da olmadığını bildirib: "Qarabağ" son üç oyunu səfərdə oynayıb. "Kəpəz", "Fiorentina" və "Qəbələ"... Statistikaya baxdıqda komandanın pis oynamadığını görürük. Komandaya dəstək olmaq lazımdır. Bizim birliyimiz, bərabərliyimizlə dəf edə bilməyəcəyimiz heç bir problem olmaz".

Ə.Çəlikel yeni müqavilə imzalanan gənc qapıçı Emil Balayevlə bağlı da danışıb. O, gənc qolkiperin yeni transfer adlandırılmamasını xahiş edib: "Balayev yayın əvvəlindən komanda ilə məşq edir və bizimlə bir yerdədir. Sadəcə, müqaviləni yeni bağlamışıq. Onu yeni transfer kimi qiymətləndirməməyinizi xahiş edirəm. Emil Almaniyada bir klubla danışıqlar aparırdı və müqavilə bağlamaq ehtimalı vardı. Bu səbəbdən bizimlə müqaviləni gec bağladı. Onun gəlişi hansısa qapıçının getməsinə dəlalət etmir. Gələcəkdə kimin qalıb-gedəcəyinə qaldıqda, bu məsələyə dair qərarı baş məşqçimiz verir. Digər transferlərə gəlincə, baş məşqçimiz var. Mənim hansısa transferdən danışmağım düzgün olmaz. Hansı mövqelərdə çatışmazlığın olduğunu Qurban Qurbanov daha yaxşı bilir".

Baş direktor bildirib ki, komandanın kapitanı Rəşad Sadıqovun "Qarabağ"ın U-19 komandasına baş məşqçi təyin olunması onun futbolçu kimi çıxışına heç bir təsir göstərməyib: "Düşünmürəm ki, Rəşadın bütün diqqəti 19 yaşlı futbolçularımıza yönəlib və oyuna fikir vermir. Onun həyatı futbolla bağlıdır. U-19-da köməkçiləri var. Bu təyinatın Rəşadın gələcək məşqçilik karyerası üçün düzgün addım olduğunu düşünürəm. Üstəlik, gələcəyin böyük futbolçusu olacaq uşaqların qarşısına yaxşı nümunə qoymuşuq. Bu, onların motivasiyası üçün də yaxşı yoldur. Rəşadın enişdə olduğunu düşünmürəm. Onun çıxışı "Qarabağ" üçün xeyirlidir". (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail