Avrokubokların başlama saatı dəyişir

30.10.2016 | 4744 dəfə oxunub

Bu gün bir çox Avropa ölkəsinə qış vaxtına keçidlə əlaqədar olaraq saat əqrəbləri bir saat geri çəkilib.

Stadium.Az xəbər verir ki, bu səbəbdən Avropada bir sıra önəmli idman yarışlarının başlama saatında dəyişilik olacaq.

Məsələn, bundan sonra Çempionlar Liqasının oyunları bu mövsümdə bu günə qədər olduğu kimi, Bakı vaxtı ilə 22.45-də deyil, 23.45-də, Avropa Liqasının oyunları 21.00 və 23.05-də yox, 22.00 və 00.05-də başlanacaq. Bu proses gələn həftədən başlayaraq gələn ilin martın son bazar gününə gününə, Avropada yay vaxtına keçid olan qədər davam edəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.

Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilib və müvafiq olaraq 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməyib. Bu səbəbdən oktyabrın son bazar günü, yəni ayın 30-da saatların 1 saat geri çəkilməsinə ehtiyac qalmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail