Ruslan Abışov: "Rubin"dəki səhvlərdən nəticə çıxarmışam"
Stadium.az Azərbaycan millisinin yarımmüdafiəçisi Ruslan Abışovun müsahibəsini təqdim edir:
- Milli komandamız təsnifat mərhələsinin növbəti oyununa çıxır. Çox məsul bir vəziyyət yaranıb. İlk dəfədir ki, milli komanda 3 oyundan sonra 7 xal toplayıb və azarkeşlərdə özünə olan inamı qaytarıb. Qarşıya artıq bir məqsəd qoyulub. Bu məqsəd möcüzə kimi yox, tapşırıq kimi görsənir. Oyun ərəfəsində bu vəziyyət komandaya necə təsir edir?
- Azarkeşlərin milliyə olan inamını biz də hiss edirik. Futbolçularda da özünə inam yüksək səviyyədədir. Ən azından pley-off mərhələsinə yüksəlməyə imkanımız var. Bizi çox çətin oyun gözləyir. Çünki Şimali İrlandiya komandası bizə qrup ikincisi kimi baxır və hazırlıqlarını da buna görə görür. Əsas məqsədimiz, Belfastdan ən azı 1 xalla qayıtmaqdır. Bundan sonra San-Marino, Çexiya və Şimali İrlandiya ilə doğma azarkeşlər önündə oyunlarımız olacaq. Bu oyunlarda qələbələr qazanıb istədiyimiz nəticəni əldə edə bilərik.
- Komandada əhval-ruhiyyə necədir?
- Hər şey qaydasındadır. Hamı həvəslə hazırlaşır. Baş məşqçi komandaya özünəinamı aşılaya bilib. İnanıram ki, bu oyunda hər şey milli komanda üçün yaxşı olacaq. Tək 11 nəfər yox, bütün komanda bu oyunda mübarizə aparmalıdır.
- Özünü bu oyuna hazır sayırsan?
- Oyuna hazıram. Ancaq düşünürəm ki, heyətdə dəyişiklik olmayacaq. Futbolda belə bir deyim var, "Uğurlu çıxış edən heyəti dəyişməzlər". Mən də bunu yaxşı başa düşürəm. Təbii ki, mənə şans verilsə, əlimdən gələn köməyi komandadan əsirgəməyəcəyəm.
- Klubda işlərin qaydasında gedir. Qollarını da vurursan, "İnter" də inamlı təsir bağışlayır. Bəs "İnter"in çempionluq imkanlarını necə dəyərləndirirsən?
- Mövsümə yaxşı başlamışdım. Ancaq bir müddət zədələndim. Zədədən sonra da bir az çətinliklər oldu. Yavaş-yavaş özümə gəlməyə çalışıram. Çoxları "Qəbələ" və "Qarabağ"ı çempionluq üçün aşkar favorit sayır. Bizim üçün çətin olacaq. Ancaq biz də sonadək mübarizə aparacağıq. Yaxşı kollektivə və baş məşqçiyə sahibik. Hara qədər gücümüz çatsa, ora qədər gedəcəyik. Təbii ki, əsas məqsədimiz, Avroliqaya vəsiqə qazanmaqdır.
- Azərbaycan futbolunun ən perspektivli simalarından sayılırsan. Bir müddət ölkə xaricində də çıxış etmisən. Çox istərdik, "Rubin"dəki karyeran uğurlu alınsın, amma müəyyən səbəblərdən alınmadı. Hazırda Bakının "İnter" klubunun şərəfini qoruyan Ruslan Abışov bununla kifayətlənmək niyyətindədir, yoxsa?
- Düzdür, müəyyən səbəblərdən "Rubin" karyeram uğurlu alınmadı, amma bu keçmişdə qalıb. Ümid edirəm, karyeramın sonunadək yenə yaxşı bir təklif gələcək və bu dəfə əlimə düşən imkandan maksimum yararlanacağam. Keçmişdə etdiyim səhvlərdən nəticə çıxarmışam. İnanıram ki, belə bir şans yenə əlimə düşəcək.
- Keçmişdə etidiyin səhvlər dedikdə kokret olaraq nələri nəzərdə tutursan?
- "Rubin" ölkə xaricində çıxış etdiyim ilk klub olub. Təcrübəm yox idi və bu səbəbdən, bəzi səhvlər etdim. Bu barədə çox danışmaq istəmirəm. Dediyim kimi, yenə belə bir imkanım olsa, həm yaşım, həm də təcrübəm imkan verir ki, bir də belə səhvləri təkrarlamayım.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |