Qriqorçuk: "Prinsiplərimizdən əl çəkməyəcəyik"

22.11.2016 | 3029 dəfə oxunub

"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qrioqrçukun müsahibəsi
 
- UEFA-nın gözlənilən qərarı verildi. Bir oyunluq cəza üzündən "Anderlext"lə "Bakcell Arena"dakı qarşıdakı Avroliqa matçında texniki "zona"da ola bilməyəcəksiniz. Bunu necə qəbul etdiniz? 

- Biz UEFA-nın haqqımda çıxardığı qərarı yox, qarşıdakı matçda necə yaxşı oynaya bilmək haqda düşünməliyik. Ona görə də cəzanı tam sakit, işgüzar rejimdə qəbul edirik. 
 
- Həmin məsul oyuna hazırlıq necə gedir?

- Artıq Bakıdayıq və Avroliqa matçına burada hazırlaşırıq. Hər şey normal gedir. Oyuna sakit şəkildə hazırlaşırıq. 
 
- Köməkçilərinizin yüksək səviyyəli mütəxəssis olduğunu, onlara tam güvəndiyinizi saytımıza əvvəlki açıqlamanızda qeyd etmisiniz. "Zirə" ilə matçda qələbə sözlərinizi təsdiqlədi. Ancaq "Anderlext"lə oyun tam başqa səviyyəli qarşılaşma olacaq. Belə çətin sınaqda "texniki zona"da yeriniz görünəcək...

- Əla köməkçilərimin olduğunu bir daha təsdiqləyə bilərəm. Mən həmişə onlara çox minnətdaram ki, işə peçəkarcasına yanaşırlar  və aramızda peşəkar münasibətlər var. Köməkçilərimə tam güvənirəm. Əminəm ki, onlar belə matçın öhdəsindən də gələcəklər. 
 
- "Anderlext" çempionatın son turunda 2:3 hesabı ilə uduzub. Rəqibin hazırkı səviyyəsini necə dəyərləndirərdiniz?

- Bu nəticə heç nəyi dəyişmir. Rəqiblə bağlı onu deyə bilərəm ki, çox yüksək səviyyəli komandadır. "Anderlext"in heyətində yüskək səviyəli futbolçular cəmləşib. Komanda oyun nizam-intizamı baxımından çox yaxşı təşkilatlanıb. Bir sözlə, yüksək səviyyəyə malikdir. Hesab edirəm ki, "Anderlext" bizim qrupda mübarizəni 1-ci yerdə bitirəcək. Başa düşürük ki, bizi çox güclü rəqiblə ağır sınaq gözləyir. 
 
- Sözlərinizdən belə nəticəyə gəlmək olar ki, qrupunuzda ən güclü komanda məhz "Anderlext"dir...

- Artıq bütün rəqiblərlə oynadığımıza əsasən deyə bilərəm ki, "Anderlext" bizim üçün ən güclü rəqib idi. Mən belə deyirəm. Onu demirəm ki, qrupumuzda ən güclü komandadır. Fikrimi belə izah etsəm, daha düzgün olardı. 
 
- "Qəbələ" "Anderlext"ə qarşı səfərdə heç də pis təsir bağışlamadı. Hesabı tez bərabərləşdirdik, sonra fərdi səhvlər üzündən 2 qol buraxaraq 1:3 hesabı ilə uduzduq...

- Bu, ən yaxşı matçımız deyildi. Qrupda ən yaxşı oyunumuz heç şübhəsiz ki, "Sent-Etyen"lə ev qarşılaşması idi. Hətta belə deyərdim ki, ən güclü oynadığımız yeganə matç idi. Bu görüşdə qələbəyə çox yaxın idik. Etiraf etməliyəm ki, əvvəlki oyunlarda rəqiblərimiz bizdən daha yaxşı təsir bağışlayırdı. Biz başa düşürük ki, qrupumuzda istənilən rəqib bizdən qat-qat səviyyəlidir. 
 
- Zədəli Sergey Zenyovun vəziyyəti necədir?

- O, bu matça hazırlaşmır. 
 
- Heyətdə başqa zədəli futbolçunuz yoxdur?

- Qalanları hamısı sıradadır. Əvvəlki matçlarda az oynayanları "Anderlext"lə qarşılaşmada meydana buraxmaq fikrindəyik. Biz onlara belə güclü qarşı özlərini göstərmələrinə şans yaradacağıq. 
 
- Prinsipləriniz belə olub ki, meydana çıxanlar ən güclülər olur. Fərqi yoxdur, bu yerli futbolçu, yoxsa legionerdir...

- Biz oyunda öz prinsiplərimizdən əl çəkməyəcəyik. Sadəcə, matça bir az fərqli yanaşacağıq. Onu anlayırıq ki, qrupdan çıxmaq şansımız artıq yoxdur. Buz üzdən turnirdə əvvəli oyunlarda xidmətindən az istifadə etdiyimiz futbolçulardan yararlanacağıq. 
 
- Üstəlik, bu, qrupda son ev oyunu olacaq və "Qəbələ"nin nəhayət, ilk qələbəsini qazanmaq baxımından böyük motivasiya olacaq. Buna nail olmaq nə qədər çətin olsa belə...

- Biz hər oyunda qalib gəlmək istəyirik. Bu matçları ev-səfərə, yaxud rəqibə görə bölmürük. Hər qarşılaşmaya eyni motivasiya ilə çıxırıq. Digər tərəfdən, onu da bilirik ki, bütün rəqiblər bizim üçün çox güclüdür. Motivasiya baxımından başqa hər hansı söz ola bilməz. Elə yanız Avropa Liqasının qrupunda oynamaq inanılmaz motivasiyadır. Buna görə futbolçulardan kimsə motivasiyalı olmasaydı, buna təəccüblənərdim. 
 
- Səmimi olaraq son 2 oyuna real baxsaq, nə qədər xala ümid edirsiniz?

- Mən bu haqda heç düşünmürəm. Biz ilk turdan başlayaraq hər oyuna, hər rəqibə eyni cür yanaşırıq. Meydana xal qazanmaq məqsədilə çıxırıq. Bu baxımdan son 2 matç heç nəyi dəyişməyəcək. 

Mənbə: sportnet.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

04.07.2020

03.07.2020

01:53  "Real" - "Xetafe" - 1:0 VİDEO

02.07.2020

02:05  "Spal" - "Milan" - 2:2 VİDEO

01.07.2020

15:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:20  "Torino" - "Latsio" - 1:2 VİDEO

30.06.2020

14:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.06.2020

13:07  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:04  "Parma" - "İnter" - 1:2 VİDEO

02:00  "Espanyol" - "Real" - 0:1 VİDEO

28.06.2020

22:01  "Lester" - "Çelsi" - 0:1 VİDEO

21:55  "Milan" - "Roma" - 2:0 VİDEO

15:37  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə