Şahin Diniyev: “Kəpəz”i indidən “İnter”ə rəqib saymaq olmaz"

03.12.2016 | 2892 dəfə oxunub

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz” ölkə paytaxtında “Şahdağ”la görüşəcək. 

Stadium.Az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyun öncəsi kapazpfc.az saytına qarşıdakı görüşlə bağlı açıqlama verib: 

“Çempionat və ya kubok oyunundan, rəqibdən asılı olmayaraq biz hər bir oyuna yaxşı hazırlaşmağa çalışırıq. Kubokda yolumuzu davam etdirmək istəyirik, ona görə də “Şahdağ”a ciddi yanaşırıq. Qusar klubuna hörmətimiz var. 

Məni narahat edən itkilərin olmasıdır. Əsas heyətdən dörd futbolçunun yoxluğu bizə çətinlik yarada bilər. Amma ümid edrəm ki, digər oyunçular bunu hiss etdirməyəcəklər. Hesabla bağlı proqnoz vermək olmaz.

“Şahdağ” motivasiya ilə oynayacaq, birinci dəstə klubu olmasına baxmayaraq rəqib özünü göstərmək üçün dəridən-qabıqdan çıxacaq. Mübarizəli oyun olacaq, komandamızı asan matç gözləmir. “Kəpəz”i indidən “İnter”ə rəqib saymaq olmaz. Təhlükəli yanaşmadır, çünki biz əvvəlcə “Şahdağ” səddini keçməliyik. Zəif rəqiblə oynamırıq, kimisə zəif kimi baxsan, oyunda problem ola bilər”.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail