AZAL-ın futbolçusu öz oyununa pul qoymasına dair ittihamlara cavab verib: "Qoy, araşdırma aparılsın"

07.12.2016 | 3337 dəfə oxunub

Bakının AZAL klubunun futbolçusu David Canelidze "Rəvan" komandasının oyunçusu Zahid Quliyevin ittihamlarına cavab verib.

Stadium.Az xəbər verir ki, iyirmi yeddi yaşlı hücumçu "Report"a açıqlamasında onun iki komanda arasındakı Azərbaycan Kubokunun 1/8 final matçına pul qoymasına dair Z.Quliyevin dediklərini təkzib edib. O, "daha bir qol vuraq ki, mənim "stavka"m da düz gəlsin" sözlərini heç vaxt işlətmədiyini söyləyib:

"Əvvəla, bizdə hər şey "İnStat" şirkəti tərəfindən videoya çəkilir və görüntülər klubumuza təqdim olunur. Videoda hər şey var, baxmaq olar. Mən ümumiyyətlə, həmin insanı tanımıram. Burada oynadığım müddətdə onu heç vaxt görməmişəm, kim olduğunu bilmirəm. Digər tərəfdən, meydanda cəmi 14 dəqiqə olmuşam. Bir hücumçu kimi məqsədim daim qol vurmaqdır. Çünki oynamaq və baş məşqçiyə start heyətə layiq olduğumu sübut etmək istəyirəm. Mən yalnız futbol oynayıram və komanda yoldaşlarıma meydanda "Ötürmə ver", "Açıl" kimi sözlərdən başqa heç nə demirəm. Elə konsentrasiya olunmuşam ki, çoxlu qol vurum və karyeramda daim irəli addım atım. Yəni, tərəfimdən belə söhbət ümumiyyətlə olmayıb və heç danışmamışam. 4-cü qolum isə gözəl alındığı üçün əlimi yuxarı qaldıraraq, mərkəzə doğru qaçmışam. Həmin vaxt dilimdən heç bir artıq kəlmə çıxmayıb".

AFFA İntizam Komitəsi ötən gün Z.Quliyevi 7 oyunluq cəzalandırıb. Səbəb kimi onun rəqib futbolçunun etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verməsi göstərilib. Digər tərəfdən, "Rəvan"ın müdafiəçisi 90+1-ci dəqiqədə D.Canelidzeni vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 

İyirmi altı yaşlı oyunçu ötən gün "Report"a açıqlamasında gürcüstanlı legioneri məhz həmin sözlərinə görə vurduğunu bildirib. Canelidze isə Quliyevin onu nəyə görə arxadan güclü zərbə endirməsindən və sonradan etnik xarakterli təhqirə yol verməsindən xəbərsiz olduğunu söyləyib: "Bilmirəm ki, o, kürəyimə niyə elə təpik zərbəsi endirdi. Mən futbol oynayıram, o isə belə hərəkət edir. Videonun özü hər şeyi deyir. Hamı bilir ki, mən öz işimi peşəkarcasına görürəm. O, məni vurduqdan sonra heç nə demir. Aramızda heç bir problem yaşanmır və qırmızı vərəqə alaraq, meydanı tərk edir. Mən ondan etnik xarakterli təhqir eşitməmişəm. Aramızda hansısa problem olsaydı, oyundan dərhal sonra deyərdi. Amma İntizam Komitəsi 7 oyunluq cəza verəndən sonra belə açıqlama verir. 7 oyunluq cəzanın ağır və ya yüngül olduğunu deyə bilmərəm. Yalnız onu bilirəm ki, video-görüntülər, kürəyimdə zərbə izləri və yara var. Baş hakim bunu görüb, İntizam Komitəsi araşdırıb və qərar çıxarıb. Amma etnik mənsubiyyətimlə bağlı təhqir eşitməmişəm".

Oyunlara heç vaxt pul qoyuluşu etmədiyini deyən forvard haqlı olduğuna əminliyini vurğulayıb:

"Qoy, araşdırma aparılsın. Yaxşı ki, hər şey çəkilir, hamı görür. Məni belə söhbətlər maraqlandırmır. Çünki öz oyunumu sərgilədiyimi və təmiz insan olduğumu bilirəm. Klubum "Rəvan"ın futbolçusunun açıqlamaları ilə bağlı lazımi tədbirləri görür. Bu, mənim marağımda olan məsələ deyil. Əsas məsələ odur ki, haqlı olduğumu bilirəm".

AZAL-ın "Rəvan"ı 4:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəldiyi görüşdə David Canelidze "dubl" edib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail