Şahin Diniyev: "Məğlubiyyətdə günahkar mənəm"

04.02.2017 | 3753 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Zirə”yə uduzan (0:1) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyundan sonra fikirlərini bildirib. Stadium.Az xəbər verir ki, Diniyev məğlubiyyətdə özünü günahlandırıb.

- Belə oyundan sonra danışmaq çətindir. Komanda bütün oyunu hücumda olsa da, əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. 9 nəfərlə müdafiə olunan rəqibə qol vurmaq çətindi. Bunun üçün oyunçularda ustalıq səviyyəsi yaxşı olmalıdı. Məğlubiyyətdə günahkar mənəm. Heç kimi günahlandırmaq istəmirəm. Özümüz bu quyuya düşmüşüksə, özümüz də çıxmalıyıq. “Zirə”ni təbrik edirəm. Komanda 65 dəqiqə yaxşı müdafiə olundu.
 
- Şahin müəllim, doğrudanmı komandada sizin “torbanız tikilir”? 

- İnanmıram. Belə şey olsa, dərhal komandanı tərk edərəm. Məğlubiyyəti futbolçuların, hakimlərin üstünə atmaq ən rahat çıxış yoludur. Belə bir şey varsa da, bunda günahkar mənəm.
 
- Dario yenə istənilən səviyyədə oynamadı... 

- Onun 90 dəqiqə yüksək səviyyədə oynaması üçün fiziki cəhətdən tam hazır olmalıdı. O isə təlim-məşq toplanışına gec qoşulduğundan, tam hazır deyil.
 
- Nicat Qurbanov barədə nə deyə bilərsiz? 

- Nicatın potensialı var. Sadəcə, bunu aça bilmir. Çox istəyərdim ki, o oynasın. Ancaq bunu gərək özü də istəsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail