"Sumqayıt"ın üçüncüsü Vurğun oldu

06.02.2017 | 1005 dəfə oxunub

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov komandasının heyətində 100-cü çempionat matçını keçirib. Stadium.Az xəbər verir ki, müdafiəçinin yubileyi Premyer Liqasının XVI turunun “İnter”lə qarşılaşmasına təsadüf edib.

2:2 hesabı ilə nəticələnən görüş “3 nömrə”nin klubunda 100-cü matçı olub. Müdafiəçi bu 100 qarşılaşmada qol hesabını aça bilməyib.

2013/14 mövsümündən “Sumqayıt”da çıxış edən Hüseynov həmin çempionatda 22, növbəti yarışda 29 dəfə komandasının formasını geyinib. 2015/16 mövsümündə isə 33 görüşə çıxan futbolçu cari birincilikdə 16 dəfə meydanda olub. Hüseynov klubun tarixində çempionatda 100 və daha çox oyun keçirən 3-cü futbolçudur. O, yalnız Slavik Alxasov (126) və Bəxtiyar Həsənəlizadədən (105) geri qalır.

Vurğunun Sumqayıtın eyniadlı klubunda debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

22.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ