İslamiadada yarımfinal və final matçları təbii örtüklü stadionlarda keçiriləcək
"AZAL Arena" IV İslam Həmrəyliyi Oyunlarında futbol matçlarının keçirilməsi üçün nəzərdə tutulan tələblərə uyğundur. Stadium.Az xəbər verir ki, bu barədə cavab olaraq IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən bildirilib.
Azərbaycan Premyer Liqasında çıxış edən əksər komandalar AZAL-ın ev oyunlarını keçirdiyi stadionun süni örtüyündən şikayətçi olsalar da, "Bakı 2017"nin Əməliyyat Komitəsində belə düşünmürlər. Bu səbəbdən, həmin meydanda təmir işləri aparılmayacaq.
Komitə İslamiada çərçivəsində futbol yarışlarında qrup oyunlarının süni, yarımfinal və final qarşılaşmalarının təbii örtüklü arenalarda oynanılacağını açıqlayıb. Səbəb kimi təbii örtüklə müqayisədə süni örtüyün daha çox oyun keçirməyə davamlı olduğu göstərilib: "Qısa vaxt ərzində 12 oyunun keçiriləcəyi ilə əlaqədar qrup matçları süni örtüklü stadionlarda olacaq. Bununla da "Dalğa Arena" və Tofiq Bəhramov adına Respublika stadionunda təbii ot örtüyü qorunacaq, yarışların sonuna kimi onların yüksək səviyyədə qalması təmin ediləcək".
"Bakcell Arena"nın futbol qarşılaşmalarının keçiriləcəyi məkanlar siyahısına daxil edilməməsinin səbəbi isə Azərbaycan milli komandasının iyunun 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını bu stadionda qəbul etməsidir: "Bakının 8-ci km qəsəbəsindəki arenadan istifadə etməmək qərarı AFFA ilə tərəfdaşlığa uyğun olaraq verilib. "Bakcell Arena"da iyunun 10-da Azərbaycan - Şimali İrlandiya görüşü keçiriləcək".
Qeyd edək ki, 8 ölkənin 23 yaşadək kişi futbolçulardan ibarət komandalarının mübarizə aparacağı İslamiadanın final matçı Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. "Dalğa Arena" yarımfinal, "Azal Arena" və "Bayıl Arena" isə qrup mərhələsinin görüşlərinə ev sahibliyi edəcək. 8 may, 11 may və 15 mayda qrup, 18 mayda yarımfinal, 21 mayda isə final görüşləri keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |