Samir Abbasov: "Futbolçularımız bu sistemə öyrəşib"

13.03.2017 | 625 dəfə oxunub

"Oyunun ikinci hissəsi bizim üçün həyəcanlı keçdi. Azı heç-heçə etmək istəyirdik. Oyunumuz alınmadı. Alınmamasının səbəbkarı özümüzük"

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 22-ci turunda Bakı "İnter"i ilə oyundan (0:1)sonra deyib.

O, ölkə çempionatını 22-ci turunda keçirilən “Qarabağ”la oyunda 3 müdafiəçi ilə oynamalarının səbəbi haqda da danışıb:

"Sanki “Sumqayıt” “İnter”la yox, “Sumqayıt”la oynayırdı. Heyətimiz kasaddır. Ardıcıl məğlubiyyətlərdən qorxurduq. Məğlubiyyətlər gənclərə pis təsir edir. Təcrübəsizlikdən belə hallar baş verir. Əslində pis bir şey yoxdur. Qarşımıza qoyulan məqsədləri yerinə yetiririk. Sonadək mübarizə aparacağıq. 

“Qarabağ”la oyunda sistemi dəyişməyimin səbəbi bu idi ki, onların çox güclü yarımmüdafiə xətti var. "Qarabağ"a əngəl olmaq üçün 3 dayaq yarımmüdafiəçisi ilə oynadıq. Həm də mən göstərmək istədim ki, onlardan çəkinmirik. Bu gün yenidən öz sistemimizə qayıtdıq. Futbolçularımız bu sistemə öyrəşib".

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

22.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ