Elxan Məmmədov: “Biz Avropadan öyrənə-öyrənə hər şeyi yenidən qurduq"
“Biz federasiyaya gələndə heç bir müvafiq struktur yox idi. Nə çempionat normal baş tuturdu, nə də uşaq liqaları var idi”.
Stadium.Az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov İnsideworldfootball.com saytına açıqlamasında deyib.
O, AFFA-nın son dövrlər gördüyü işlərdən danışıb: “Biz Avropadan öyrənə-öyrənə hər şeyi yenidən qurduq. FİFA-nın tövsiyələri əsasında qadın futboluna diqqət ayırdıq. FİFA U-17 qadınlar arasında dünya çempionatını təşkil etdik. U-17 kişilər arasında Avropa çempionatına ev sahibliyi etdik. Bunlar hamısı inkişafdan xəbər verirdi. İndi bizdə 8000 qeydiyyatda olan futbolçu var. 18 yaşına qədər futbolçular arasında bütün liqalar mövcuddur. Əvvəllər Azərbaycanda siyasi və sosial problemlər çox idi. Bu səbəbdən futbol prioritet sayılmırdı. 2004-cü ildə futbolun inkişafına dair proqramların ilk mərhələsi başladı. 2017-ci ildə isə 2021-ci ilə qədər olan 5 illik inkişaf proqramı start götürüb”.
Bakı Olimpiya Stadionundan da danışan E.Məmmədov paytaxtımızın “Avro-2020”nin bəzi oyunlarına ev sahibliyi edəcəyi haqda məlumat verib: “Bizdə indi bütün klubların öz stadionu var. Ən böyük arena isə 68 minlik Bakı Olimpiya Stadionudur. Hansı ki, bu arena Avropa Liqası və ya Çempionlar Liqasına ev sahibliyi edə bilər. Bilirsiniz ki, Bakı 2020-ci il də baş tutacaq Avropa çempionatının final mərhələsinin 4 oyununa ev sahibliyi edəcək. 10 milyonluq ölkə üçün bu böyük futbol hadisəsidir. Bu, idman növünün sevilməsinə çox təsir göstərəcək".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |