Şahin Diniyev: "Tempi saxlaya bilmədik"

02.04.2017 | 649 dəfə oxunub

Bu gün Azərbaycn Premyer Liqasının 24-cü turunun oyununda “Kəpəz” səfərdə “Qarabağ”a 2:1 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Şahin Diniyev qarşılaşma barədə belə danışıb:

- “Maraqlı oyun keçdi. İlk hissədə tempi saxlaya bilmədik. İkinci hissənin əvvəlində buraxdığımız qol planlarımızı pozdu. "Qarabağ" hər cəhətdən bizdən üstündür. Əlimizdə olan imkanlardan istifadə edib maksimuma nail olmağa çalışdıq.

Futbolçularıma təşəkkür edirəm ki, həyəcanlanmadılar, ayaqları əsmədi. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Utanmaq olmaz. Komandamız yaxşı futbol oynayır. Son 4 oyundan maksimum nəticə qazanıb mövsümü major notlarla bitirmək istəyirik.
 
- Tadas Simaitis bu gün Davud Kəriminin etdiyi səhvdən etmişdi. Ondan sonra heyətdən kənarda qalıb. Eyni aqibət Kərimini də gözləyir?

- Futbolçunu bir oyuna görə cəzalandırmaq düzgün deyil. 
 
- Komandanız 7-ci pillədə qərarlaşıb. Bundan sonrakı hədəfiniz nədi?

- Maksimum nəticə qazanmaq istəyirik. Bundan başqa şansımızı gözləyəcəyik. Sonadək mübarizə aparacağıq. Evdə 3 oyunumuz var. Bunlardan yaxşı istifadə etməliyik.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2017

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ