"Qarabağ" "Arsenal", "Lester", "Porto" və "Lion"u qabaqladı

06.04.2017 | 4997 dəfə oxunub

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Stadium.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 405 komandası yer alıb.

2016-cı ilin yekunlarının əksini tapdığı siyahıda Azərbaycan 2 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dı - 155 xalla 55-ci yer. “Ağ-qaralar” “Arsenal”, “Lester” (hər ikisi İngiltərə), “Porto” (Portuqaliya), “Zenit” (Rusiya), “Lion” (Fransa) kimi komandaları arxada qoyub. Ötən il 142 xalla 77-ci yerdə olan Qurban Qurbanovun yetirmələri 22 pillə irəliləyib.

Daha bir təmsilçimiz “Qəbələ” də ilk “yüzlük”də qərarlaşıb. Roman Qriqorçukun komandası 97-ci pillədə qərarlaşıb - 125 xal. Bu mövqeni “Şkendiya” (Albaniya), “Rusenborq” (Norveç), “Əl-Əhli” (İordaniya) ilə bölüşən “qırmızı-qaralar” “Çelsi” (İngiltərə), “Beşiktaş” (Türkiyə) və “Marsel” (Fransa) kimi məşhurları arxada qoyur.

Ötən il 116 xalla 124-cü pilləyə şərik olan “Qəbələ” 27 pillə irəliləyib. Bu, 9 xal qazanmaq sayəsində mümkün olub.

2016-cı ilin yanvarında 92 xalla 192-ci yerə şərik olan Bakı “İnter”i isə İFFHS-in siyahısını tərk edib. 

Cədvələ Kolumbiyanın “Atletiko Nasyonal” klubu başçılıq edir – 383. İspaniya nəhənglərindən “Real” 310 xalla 2-ci, “Barselona” 280 xalla 3-cü yerdədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail