Rusiya Premyer Liqasının azərbaycanlı gənc ulduzu

10.04.2017 | 4658 dəfə oxunub

Rusiyanın məşhur championat.com saytı Mahaçqalanın “Anji” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev barəsində yazı dərc edilib.

Stadium.Az xəbər verir ki, yazıda əvvəlcə qeyd edilir ki, Azərbaycan mətbuatı Ayaz Quliyevin Ramil Şeydayevdən sonra milli komandalarında oynayacağına səmimi şəkildə inanır.

“Hər şey eyni ssenari ilə gedir. Ayazdan soruşurlar ki, o, Azərbaycan millisində oynamağa hazırdımı? O isə Aleksandr Səmədova xas tərzdə cavabdan diplomatik şəkildə yayınır. Quliyevi orada yaxşı tanıyırlar. Bu mənada, gənc futbolçunun “Anji”yə gedişi azərbaycanlılar üçün şok oldu. Ayazın bu transferindən sonra ona verilən iki sual:

- Siz erməni əsilli baş məşqçi Aleksandr Qriqoryanın rəhbərlik etdiyi komandaya keçdiniz. Yeni komandanızı seçməzdən əvvəl bu haqda düşünmüzdünüz?

- Mahaçqala Azərbaycana yaxındır. Demək olarmı ki, “Anji”ni seçməklə siz Azərbaycan millisinə də yaxınlaşdınız?

İndi gəl, bundan sonra onunla futboldan danış. O isə korrekt danışığına sadiqdir: 

“Anji”nin baş məşqçisinin erməni, rus, ya azərbaycanlı olmasının fərqi yoxdur. Məgər, mən milli məsələyə görə futbol oynamamalıyam?”

Yazıda Ayaz Quliyevin Rusiyanın yeniyetmələrdən ibarət milli komandalarında uğurlu çıxışlarına da toxunulur. Daha sonra müəllif Sergey Titov Ayazın hazırda Rusiya Premyer Liqasının gənc ulduzlarından biri olduğunu yazır.

Moskva “Spartak”ının yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi qış transfer pəncərəsində “Anji”yə keçib.

“Bütün gənc futbolçular kimi Quliyev onun güclü tərəflərini bilən məşqçinin yanına düşməliydi. Aleksandr Qriqoryan futbolçuların potensialını yenidən açmaq bacarığına malikdir. Ayaz Quliyev onun rəhbərli etdiyi “Anji”də əsas simalardan biri olmalıdır”.

Müəllif Rusiya Premyer Liqasının ötən həftə keçirilən 22-ci turunun “Zenit” – “Anji” matçında A.Quliyevin uğurlu çıxışına toxunur və onu bu matçın ən yaxşı oyunçusu adlandırır.

“Onun ötürmələrinin 71 faizi dəqiq oldu. Ümumi komandada bu göstərici 67 faiz idi. O 43 ötürmə etdi ki, bu da “Anji”də ən yaxşı göstərici idi. Topa 60 dəfə toxunuş da komandada ən yaxşı göstərici sayıldı.

Ümumiyyətlə, Ayaz çox mobil oyunçudur. O, müdafiədən hücuma keçən zaman “Anji”nin əsas oyunçusu ola bilir. “Zenit”lə oyunda qapıya uzaqdan zərbə vurmasa da, “Orenburq”la matçda bunları edirdi. O, qapıya 4 zərbə endirdi: hamısını da cərimə meydançasının kənarından. Quliyev zərbə vurmağa çox keyfiyyətlə hazırlaşır”.

Müəllif hesab edir ki, artıq bu yay Ayaz Quliyev Moskva “Spartak”ına qayıdaraq komandanın liderlərindən olan Denis Qluşakovun layiqli əvəzedicisi rolunu oynaya bilər: “Bunun üçün Ayazda tələb olunan bütün keyfiyyətlər var.  Amma hazırda Ayaz qarşıdakı yarım il, bir il ərzində hansısa komandada əsas oyunçu kimi öz potensialını tam açmalıdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail