«Kəpəz»-«Qəbələ»: 16-cı duel

16.04.2017 | 1095 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. Stadium.Az xəbər verir ki, “Qəbələ” səfərdə “Kəpəz”lə qarşılaşacaq. Bu gün baş tutacaq görüş komandaların mövsümdə son dueli olacaq. Mövsümün ilk yarısındakı hər iki oyunu evdə keçirən Roman Qriqorçukun yetirmələri əvvəl 2:0, sonra 2:1 hesabı ilə qalib gəlib. III dövrənin Gəncədəki matçında isə qalib müəyyənləşməyib – 1:1.

Ümumilikdə isə rəqiblər indiyədək 15 dəfə üz-üzə gəlib. Bu matçların hamısı çempionat çərçivəsində baş tutub. 16-cı duelədək “qırmızı-qaralar” 6 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlub olub. 27 qolun vurulduğu oyunlarda “Qəbələ” 15, “Kəpəz” 12 dəfə fərqlənib.

İndiyədək 7 dəfə gəncəlilərin qonağı olan komandamız 1 qələbə əldə edib, 3 heç-heçə ilə kifayətlənib və 3 dəfə uduzub. Səfər oyunlarındakı top fərqi 4:8-dir. 

“Qəbələ”nin rəqib qapısından keçirdiyi 15 qola fərqli futbolçular imza atıb. 14 oyunçumuz “Kəpəz”i məyus edibsə, 1 dəfə də - son matçda gəncəlilər avtoqola üzülüb. Bu topu Renan Silva öz qapısından keçirib. 


2010/11 mövsümü

31.10.2010. Gəncə - Qəbələ - 0:0

27.02.2011. Qəbələ - Gəncə - 0:0

02.04.2011. Qəbələ - Gəncə - 1:1

Murad Hüseynov, 26 - Junivan Suares, 56

12.05.2011. Gəncə - Qəbələ - 0:0

2011/12 mövsümü

16.10.2011. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Deon Barton, 41, Dodo, 53

07.03.2012. Kəpəz (Gəncə) - Qəbələ - 3:2

Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 - Lyuba Baranin, 32, Yannik Kamanan, 85

2012/13 mövsümü

15.09.2012. Kəpəz (Gəncə) - Qəbələ - 1:0

Bəxtiyar Soltanov, 41

19.11.2012. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 

2015/16 mövsümü

23.08.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:0

Ermin Zets, 6

01.11.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:2

Fakundo Pereyra, 69 -  Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4

30.01.2016. Kəpəz (Gəncə) - Qəbələ - 3:0

Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57

20.05.2016. Kəpəz (Gəncə) - Qəbələ - 0:1

Aleksey Qay, 76

2016/17 mövsümü

08.08.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 

17.12.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:1

Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) - Tural Axundov, 77 (p.)

28.02.2017. Kəpəz (Gəncə) – Qəbələ - 1:1

Şəhriyar Rəhimov, 36 - Renan Silva, 54 (ö.q)

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2017

15:53  "Neftçi" "Qəbələ"yə qarşı - YENİLƏNİR

23.09.2017

19:16  "Zirə" - "İnter" - HEYƏTLƏR

17:45  "Səbail" - "Kəpəz" - HEYƏTLƏR

11:18  "Lill" - "Monako" 0:4 VİDEO

22.09.2017

18:12  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

21.09.2017

   
  O Q H M T-f X
1. Qarabağ 5 5 0 0 12:3 15  
2. Zirə 6 4 2 0 12-5 14  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 6 2 2 2 7:7 8  
5. Sumqayıt 6 2 1 3 6:10 7  
6. Səbail 5 2 0 3 4-6 6  
7. Kəpəz 6 0 1 5 3-11 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
24.10Qəbələ ---Neftçi
23.10Zirə 1-1İnter
23.10Səbail 1-0Kəpəz
22.10Qarabağ 4-1Sumqayıt
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi