Kapitan gəncəlilərə səsləndi

29.04.2017 | 1062 dəfə oxunub

Premyer Liqada növbəti mövsüm sona yaxınlaşır. Aprelin 29-da keçiriləcək oyunlarla cari çempionata yekun vurulacaq. “Kəpəz” Premyer Liqada son matçını Gəncədə “İnter”ə qarşı keçirəcək.

Stadium.az xəbər verir ki, bu oyun öncəsi “sarı-göylər”in kapitanı Tural Axundov klubun rəsmi saytı vasitəsi ilə azarkeşlərə müraciət edib: “Bütün azarkeşləri bu mövsüm sonuncu dəfə “Kəpəz”ə dəstək olmağa səsləyirəm. Hər şey ola bilər, Avroliqaya vəsiqə də qazana bilərik. İndi komandanın dəstəyə daha çox ehtiyacı var. Əhval-ruhiyyəmiz yaxşıdır. Sonuncu oyunumuz evdə olduğu üçün sözsüz ki, həyacan olacaq. Çempionatı qələbə ilə başa vurmağı düşünürük. Bununla da fanatlara hədiyyə etmək istəyirik. Futbol olmayan vaxtlarda Gəncə azarkeşləri üçün çox darıxacağıq. Onlara çox öyrəşmişik. Həmişə arxamızda durublar, dəstək veriblər. Buna görə onlara minnətdarıq. Hamımız istəyərik ki, mövsüm bitməsin, azarkeşlərin önündə daha çox oynayaq. İnşallah, gələn mövsümdə komanda sayı çox olar və çempionat uzanar”.    

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2017

15:53  "Neftçi" "Qəbələ"yə qarşı - YENİLƏNİR

23.09.2017

19:16  "Zirə" - "İnter" - HEYƏTLƏR

17:45  "Səbail" - "Kəpəz" - HEYƏTLƏR

11:18  "Lill" - "Monako" 0:4 VİDEO

22.09.2017

18:12  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

21.09.2017

   
  O Q H M T-f X
1. Qarabağ 5 5 0 0 12:3 15  
2. Zirə 6 4 2 0 12-5 14  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 6 2 2 2 7:7 8  
5. Sumqayıt 6 2 1 3 6:10 7  
6. Səbail 5 2 0 3 4-6 6  
7. Kəpəz 6 0 1 5 3-11 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
24.10Qəbələ ---Neftçi
23.10Zirə 1-1İnter
23.10Səbail 1-0Kəpəz
22.10Qarabağ 4-1Sumqayıt
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi