Böyükağa Hacıyev: "Bunlar şər-böhtandan başqa bir şey deyil"

29.11.2011 | 4770 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis “flaqman”ın Azərbaycan kubokunun 1/8 final mərhələsində qarşılaşacağı "Simurq"la oyun öncəsi fikirlərini bildirib.
 
"Bizi Zaqatalada çətin sınaq gözləyir. Bu, kubok oyunudur. Bu mərhələdə komandaların bir dəfə qarşılaşdıqlarını nəzərə alsaq, "Simurq"la oyunun maraqlı və gərgin keçəcəyini təxmin etmək olar. Mətbuatda rəqib komandanın baş məşqçisinin hakimliklə bağlı açıqlamalarlı ilə tanış oldum. Bir neçə gün əvvəl "Neftçi" klubu bu haqda bəyanat yaymışdı, mən də öz fikirlərimi bildirmişdim. Yenə deyirəm, "Neftçi"nin oyununa kim təyinat alırsa-alsın, əsas odur ədalətli idarəçilik olsun. Biz "Neftçi" futbol klubu olaraq hər zaman ədalətli hakimliyin tərəfdarı olmuşuq. Hamı yaxşı bilir ki, son vaxtlar "Neftçi" ətrafında yaradılan bütün söz-söhbətlər şər-böhtandan, qərəzdən başqa bir şey deyil. Bu gün "Neftçi" çox güclü heyətə malikdir və ona görə də komandamızın kənar qüvvələrin köməyinə ehtiyacı yoxdur. "Simurq" klubunun baş məşqçisinin hakimliklə bağlı fikirlərinə hörmətlə yanaşıram və bir daha bəyan edirəm ki, "Neftçi" hər zaman haqqın, ədalətin carçısı və tərəfdarı olub. İnanıram ki, kimliyindən asılı olmayaraq "Simurq" - "Neftçi" oyununun hakimləri ədalətli görüş idarə edəcəklər. Qoy sonda güclü qalib gəlsin" - deyə Hacıyev vurğulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail