"Məqsədimiz “Qarabağ”ı keçməkdir" - MÜSAHİBƏ

10.07.2017 | 1337 dəfə oxunub

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununda sabah “Qarabağ”la qarşılaşacaq “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze Gürcüstan mətbuatına müsahibə verib:

- “Qarabağ”la oyuna hazırlıq necə gedir? Başqa transferlər nəzərdə tutulub?

- Hazırlıqlar öz qaydasında gedir. Bu yaxınlarda heyətə iki futbolçu cəlb etdik.  Başqa transferlər barədə konkret bir söz deyə bilmərəm. Görək, nə baş verəcək.
 
- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?

- Bütün mövqelərdə yaxşı oyunçularımız var. Ancaq rəqabəti artırmaq üçün heyəti genişləndirmək yaxşı olardı.

- Bəs rəqibiniz “Qarabağ” haqda nə deyə bilərsiniz? Onlar iki yoxlama görüşündə ümumilikdə 10 top buraxıblar.

- "Qarabağ"ın yoxlama oyunlarında 10 qol buraxması heç nə demək deyil. Yəni yoldaşlıq görüşünə əsasən hansısa komandanın gücünü, hədəfini müəyyən etmək düzgün deyil. "Qarabağ" güclü komandadır. Onlarla mübarizə aparmalı olacağıq. Ancaq bizim məqsədimiz “Qarabağ”ı keçməkdir. Rəqibi təhlil edərkən güclü və zəif cəhətlərini araşdırmışıq. Qalan hər şey meydanda müəyyən olunur. Cütün taleyinə ilk oyunda aydınlıq gəlməyəcək.

- Gürcüstanın 3 klubu ilk mərhələdəcə mübarizəni dayandırıb. Çoxları çempionatın yeni formatını qınayır və uğursuzluğu bununla əlaqələndirir. Siz necə düşünürsünüz?

- Bu, yanlış düşüncədir və doğru yanaşma deyil. Ölkəmizdə elə çox analitik yoxdur ki, 6 ay ərzində formatın uğurlu və ya uğursuz olduğunu müəyyənləşdirsin. Bu gün bizə yanlış gələn sabah doğru seçim kimi görünə bilər. Yalnız 1-2 ildən sonra yeni formata qiymət vermək olar. Mənim komandam yeni formatda çempion oldu. İndi isə futbolçularımız daha yaxşı formadadılar. Əgər ilk mərhələdəcə mübarizəni dayandırırıqsa, bu, formatın yox, bizim günahımızdır. Başqa formatda çıxış etsək də, nəsə dəyişəcəyini düşünmürəm.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.09.2017

21.09.2017

20.09.2017

01:54  "Barselona" - "Eybar" 6:1 VİDEO

01:17  "Lester" - "Liverpul" 2:0 VİDEO

01:10  "Boloniya" - "İnter" 1:1 VİDEO

01:00  "Şalke" - "Bavariya" 0:3 VİDEO

19.09.2017

18.09.2017

02:08  PSJ - "Lion" 2:0 VİDEO
   
  O Q H M T-f X
1. Zirə 5 4 1 0 11-4 13  
2. Qarabağ 4 4 0 0 8:2 12  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 5 2 1 2 6:6 7  
5. Sumqayıt 5 2 1 2 5:6 7  
6. Səbail 4 1 0 3 3-6 3  
7. Kəpəz 5 0 1 4 3-10 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
17.10Qarabağ 2-0Kəpəz
17.10Səbail 1-3Qəbələ
16.10İnter 1-1Sumqayıt
16.10Neftçi 1-2Zirə
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi