Rəşad Sadıqov: "Bu gün daha ağır zərbə aldım"

12.07.2017 | 633 dəfə oxunub

 "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı üzərində qazanılan 5:0 hesablı qələbədən sonra  jurnalistlərin suallarını cavablandırıb: 

- "Həm sevinirəm, həm də zədəmlə əlaqədar çox məyusam. İlk növbədə, uşaqları təbrik edirəm. Ağıllı, gücümüzü qiymətləndirərək, futbol oynadıq. Bilirdik ki, tam hazır deyilik. Mövsümün ilk oyunu idi. Həm fiziki, həm də texniki, həm taktiki cəhətdən ideal formada deyildik. Gürcüstan çempionatında isə mövsümün ortaları olduğundan, rəqib tam əksinə, hazırlıqlı idi. Bizdən daha diri idilər. Amma uşaqlar yaxşı oynadılar. Lazım olanda əks-hücumlara çıxdıq. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etdik. 

Zədəmə gəldikdə, həqiqətən də çox məyusedicidir. Təlim-məşq toplanışında tam iştirak edir, hazırlaşırsan, amma ilk oyundaca zədələnirsən. Bu, mənə psixoloji cəhətdən çox ağır zərbədir. Zatən son zamanlar özümü bu baxımdan basqı altında hiss edirdim. Şimali İrlandiya ilə oyunda ağır məğlubiyyət almışdıq. Ümid edirdim ki, bu oyunlardan sonra əhval-ruhiyyəm bir az yüksələcək. Amma bu gün daha ağır zərbə aldım. Futboldur, nə etmək olar?

- Zədəniz nə dərəcədə ciddidir?

- Dizimdən zədələnmişəm. Yəqin ki, ciddilik dərəcəsi sabah bilinəcək. MRT-yə baxmadan dəqiq bir şey demək olmur.

- Sizin əvəzinizə meydana daxil olan Yakub Jezniçakın oyununu necə dəyərləndirirsiniz?

- Onsuz da məşqlərdə öz ustalığını göstərmişdi. Çox yaxşı transferdir. İnanıram ki, gələcəkdə də çox xeyri dəyəcək. Sevindirici haldır ki, ilk oyunda həyəcan keçirmədən təcrübəsini ortaya qoydu. Aydın məsələdir ki, Polşanın "Legiya" klubunun kapitanı olmaq, 15 il orada oynamaq asan deyil, bu, heç nədən baş vermir. Çox sevindirici haldır ki, "Qarabağ"da debütdəcə inamlı və gözəl oyun sərgilədi.

- Cavab görüşündən nə gözləyirsiniz?

- Onsuz da hələ komandamız hazır deyil. Yeni-yeni oyunlara ehtiyacımız var. Qarşıda cavab oyunu var. Hazırda praktika yox, sırf cavab oyunu haqda düşünürük. Bu görüş göstərdi ki, rəqibə hörmətlə yanaşmaq lazımdır. Əks halda, cəzalandıra bilərlər.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.07.2017

27.07.2017

21:43  “Panatinaikos” - "Qəbələ" - HEYƏTLƏR

14:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12:47  "Şalke" - "Neftçi" 1:0 VİDEO

11:50  PSJ - "Yuventus" - 2:3 VİDEO

26.07.2017

10:25  "Sumqayıt" yenə uduzdu VİDEO

10:06  "Qarabağ" - "Şerif" FOTOLAR

25.07.2017

20:08  “Qarabağ” - "Şerif" - HEYƏTLƏR

24.07.2017

   
  O Q H M T-f X
1. Qarabağ 28 19 5 4 46:14 62  
2. Qəbələ 28 14 10 4 48:21 52  
3. İnter 28 11 10 7 39:33 43  
4. Zirə 28 10 9 9 29-26 39  
5. Kəpəz 28 9 9 10 24-27 36  
6. Sumqayıt 28 9 8 11 28:35 35  
7. Neftçi 28 9 2 17 24-45 29  
8. AZAL 28 1 7 20 13-50 10  
29.04Kəpəz 1-0İnter
29.04Sumqayıt 2-1İnter
29.04AZAL 0-3Zirə
29.04Neftçi 1-2Qarabağ
01.01 -
01.01 -
09.04 -
09.04 -