Ruslan Əmircanov: "O, axşam da mənə zəng edib üzrxahlığını bildirdi"

05.12.2011 | 6028 dəfə oxunub

"Neftçi" klubunun futbolçusu Ruslan Əmircanov Premyer Liqanın son turunda keçirilmiş "Simurq"la oyun (4:2) haqda fikirlərini bildirib.

Stadium.az xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən Əmircanov rəqibin futbolçusu Rüstəm Məmmədovun ona qarşı aşkar kobudluğundan danışıb: "Neftçi" bir daha "Simurq"dan bir baş üstün olduğunu göstərdi. Kubok oyununda rəqibi 10 nəfərlə yendik, bu dəfə onların qapısından 4 top keçirdik.

Yeri gəlmişkən, son oyunda mənə qarşı kobudluq oldu. Lakin hakim rəqibə qırmızı yox, sarı vərəqə göstərdi. Bəxtim gətirdi ki, zərbə başıma dəymədi, butsının yerləri hələ də bədənimdədir. Futboldu, belə şeylər olur. Rəqib futbolçu dərhal məndən üzr istədi. Bu epizod görüşdən sonra KİV-də yayıldı. Həmin futbolçu oyun günü axşam da mənə zəng edib üzrxahlığını bildirdi".

Əmircanov "Simurq"un futbolçusu Daniel Genovun mətbuata verdiyi "Araz Abdullayev cərimə meydançasında mənə qarşı kobud oynasa da, görüşün baş hakimi Fariz Yusifov penalti təyin etmədi" açıqlamasına da münasibət bildirib: "Baş hakim epizoda daha yaxın idi, penalti olsaydı, təyin edərdi. Belədirsə, halal qələbəmizə heç kim kölgə sala bilməz".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail