Mahir Şükürovu 1 ildən 2 ilədək diskvalifikasiya gözləyir

09.12.2011 | 5434 dəfə oxunub

Növbəti günlərdə UEFA İntizam Komitəsinin iclası keçiriləcək. Stadium.az xəbər verir ki, iclasda Azərbaycan milli komandasının və "Qəbələ"nin müdafiəçisi Mahir Şükürovun da taleyinə aydınklıq gələcək. Belə ki, məhz bu iclasda onun dopinqdən istifadəsi ilə bağlı yekun qərar qəbul olunacaq.

UEFA-nın mətbuat xidmətinin rəhbəri Devid Teylor iclasın dəqiq vaxtının müəyyənləşdirilmədiyini bildirsə də, millimizin üzvünə ağır cəza veriləcəyini də istisna etməyib: "Mahir Şükürovun məsələsinin konkret hansı gündə müzakirə olunacağı dəqiq bilinmir. Hər halda UEFA məsələnin tezliklə həll edilməsini istəyir. Mənim bu hadisə ilə bağlı fikir bildirmək hüququm yoxdur, ancaq deyə bilərəm ki, əgər futbolçu "B" testindən keçdikdən sonra nəticə yenə müsbət olursa, o zaman mütləq cəzalandırılır. Belə hallarda adətən 2 illik diskvalifikasiya tətbiq olunur. Dopinqdən istifadə edən futbolçu cəzalandırılmalıdır, buna görə də onun bağışlanmasından söhbət gedə bilməz. Cəzalar elə olmalıdır ki, bu, digər futbolçulara da nümunə olsun. Komitə yalnız bir halı nəzərə ala bilər ki, bu da Mahir Şükürovla bağlı daha öncə belə bir hadisənin yaşanmamasıdır. Yalnız bu zaman cəzanın yüngülləşdirilməsinə ümid etmək olar. Bu halda isə futbolçu ilyarımlıq və ya 1 illik diskvalifikasiya ilə cəzalandırılır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail