Rodriqinyo Bakıda: "Sabaha ümidlə baxıram"

09.12.2011 | 6183 dəfə oxunub

"Neftçi"nin yarımmüdafiəçisi Rodriqinyo Azərbaycana qayıdıb. Stadium.az xəbər verir ki, braziliyalı futbolçu sol dizinin ön çarpaz bağının tam qopması, xarici yan bağın tam qırılması və arxa çarpaz bağın qismən qırılması diaqnozu ilə əməliyyat olunub. Bu prosesi San Paolo klinikalarından birində məşhur həmyerlisi - İspaniyanın "Real" (Madrid) klubunun ulduz futbolçusu Kakanı əməliyyat edən professor yerinə yetirib.

Rodriqinyo bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bölüşüb: "Vətənim Braziliyada iki dəfə əməliyyat olundum. Klubumuzun prezidentinə əməliyyat olunmağım üçün hər bir şərait yaratdığına görə təşəkkürümü bildirirəm. Braziliyada olduğum müddətdə "Neftçi"nin necə böyük klub olduğuna bir daha əmin oldum. Məni ağır zədədən sonra tək qoymayan klub rəhbərliyindən tutmuş bütün komandama çox sağ ol deyirəm. Psixoloji baxımdan bu mənim üçün çox önəmlidir. Bu qayğının qarşılığını tez bir zamanda sağalıb meydanda "Neftçi"yə qaytarmaq istəyirəm. Həkimlər növbəti dəfə əməliyyat olunmağın vacibliyini və bunun yanvarın sonlarında baş tutacağını bildiriblər. "Neftçi"dəki bütün kollektiv və futbol oynamaq üçün çox darıxmışam. Uzun müddətdir komanda yoldaşlarıma kömək edə bilmədiyim üçün məyusam. Lakin sabaha ümidlə baxıram. İnşallah, mümkün qədər tez bir zamanda yaşıl meydanlara dönəcəyəm".

Rodriqinyo iyulun 19-da keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab görüşünün artıq 6-cı dəqiqəsində rəqib futbolçunun bilərəkdən kobud oyunu nəticəsində zədələnərək, meydançanı tərk etmək məcburiyyətində qalmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail