Samir Əliyev: "Buna ehtiyac görmürük"

15.10.2017 | 927 dəfə oxunub

“Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının VIII turunda doğma meydanda “Neftçi”yə 0:4 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Düşünmürsüz ki, erkən qol buraxmağınız məğlubiyyətdə həlledici oldu?

- Belə məğlubiyyətdən sonra danışmaq çətindi. Hesab daha böyük ola bilərdi. Mövsümdəki ən bərbad oyunumuz oldu. “Neftçi” qələbəyə layiq idi.

Hər şey ola bilərdi. Bəlli idi ki, “Neftçi” ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. Onların oyunçularının ustalıq səviyyəsi daha yüksəkdi. Bundan da məharətlə istifadə etdilər.

- “Səbail” bundan öncə iddialı komandalarla başa-baş mübarizə aparmışdı. Bu gün nə çatışmadı?

- “Neftçi” bu gün sürətli oyun sərgilədi. Çox yüksək tempdə oynayırdılar. Hazırda mənim üçün danışmaq çətindi. Oyunun təkrarına baxıb, analiz etdikdən sonra tam qərar verəcəm. Səhvlərimizə baxacağıq. Bu məğlubiyyət bizim üçün dərs oldu.

- Sizi bəxtsiz məşqçi saymaq olar? “Neftçi”də klubun qalmaqallı dövründə çalışmışdız. Burda isə yeni komanda qurulub...

- Bəxtsiz demək olmaz. Hələ məşqçiliyə yeni başlamışam. Bu heyəti mən qurmuşam. 6-7 futbolçunu komandadan göndərməyi planlaşdırırıq. Qışda onları daha yüksək səviyyəli oyunçularla əvəz edəcəyik.

- Ruslan Əmircanov bu gün stadionda idi. Onu yaxın zamanlarda “Səbail”də görə biləcəyik?

- Hələ ki, belə bir şey yoxdu. Buna ehtiyac görmürük. Ruslan təcrübəli oyunçudu. Yoxlama oyunlarında da çıxış edib. Ancaq onunla bağlı qərarı da qışda verəcəyik.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.01.2018

15.01.2018

14.01.2018

13.01.2018

12.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ