Qurban Qurbanov: "Mənim də fikrimi yayındırmayın"

28.10.2017 | 6506 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 10-cu turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.


- Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həddən artıq çətin oldu. Futbol elə oyundur ki, burda meydanda 10 nəfər də, 9 nəfər də qala bilərsən. Çoxdandır belə oyun keçirməmişdik. Azlıqda qalsaq da, qalib gələ bildik. Bu gün həm 3 xal qazandıq, həm də yaxşı oyun göstərdik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram.


- Penalti verilməyən epizod barədə nə deyə bilərsizni?

- Düzü, heç vaxt hakimlik barədə danışmamışam. Sadəcə, bu gün Rəvan Həmzəzadənin idarəçiliyi mənə çatmadı. Həmişə bəyəndiyim hakimlərdən olub. Ancaq bu gün bir neçə maraqlı qərar verdi. İlk növbədə, Pedronun yerdə qaldığı epizodda simulyasiya olmamışdı. Elə həmin epizodda zədələndi. Məncə, orda ikili mübarizə idi.


- Jezniçakın vəziyyəti nə yerdədir?

- Onun yüngül zədəsi var. Risk edib, meydana buraxmadım. Vəziyyətinə tam olaraq sabah aydınlıq gələcək.
 

- Robert Prosineçkinin gedişindən sonra əksəriyyət sizi yığmada görmək istəyir. Təklif olsa, cavabınız nə olacaq?

- "Qarşıda "Atletiko" ilə oyun var. İndi bu barədə danışa bilmərəm. Çünki indi deyəcəyim bir söz böyük rezonans yarada bilər.
 

- “Atletiko” ilə oyundan sonra danışacaqsınız?

- Buna oyundan sonra baxarıq (gülür). Açığı, Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün qərarı AFFA verəcək.
 

- Bəlkə, bu barədə təklif olub, siz razı olmamısınız?

- Dediyim kimi, bu gün verəcəyim bir cavab yeni suallar doğuracaq. Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq.
 

- Sizinlə yanaşı Roman Qriqorçukun və Kaxaber Sxadadzenina adı hallanır. AFFA İcraiyyə Komitəsinin üzvü kimi sizin təklifiniz nədir?

- Heç bir təklifim yoxdur. Nə İcraiyyə Komitəsi yığılıb, nə də belə müzakirə olub. Xahiş edirəm mənim də fikrimi yayındırmayın.


- “Atletiko” ilə oyundan nə gözləyirsiniz. Nəzərə alaq ki, komandada yetərincə zədə problemi var...

- Bəli, bu gün komandada zədəylə bağlı, xüsusilə, müdafiədə yetərincə problemimiz var. Biz çalışırıq ki, yaxşı oyun göstərək. Bu gün mənə əsas ləzzət edən 3 xaldan çox, göstərilən gözəl futbol oldu. Bu cür vəziyyətlərdə məşqçinin də üzərinə əlavə məsuliyyət düşür. Kimin harda oynamasıyla bağlı ikiqat düşünməli oluruq. Rəqib də bizimlə oyuna yaxşı hazırlaşır. Bu, onlar üçün son şans ola bilər.
 

- "Atletiko”da "Qarabağ”la matçdan sonra fövqəladə rejimdir. Bu, bizim üçün üstünlükdür?

- Özümüzü aldatmamlıyıq. Belə komandalarla bu cür şeylər keçmir. Çalışmalıyıq ki, səhvlər olmasın, qol buraxmayaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail