Yeni ilin ilk turunu nə qədər azarkeş izləyib?

12.02.2018 | 1012 dəfə oxunub

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb. Stadium.Az xəbər verir ki, yeni ilin ilk - 15-ci turun oyunlarına yekun vurulub.

Artıq bu turun oyunlarını stadiondan izləmiş azarkeş sayı da bəlli olub. Ən çox azarkeş “Neftçi” - “Kəpəz” oyununda (1:0) qeydə alınıb. 8-ci km stadionunda keçirilmiş qarşılaşmanı 2000 tamaşaçı trubunalardan izləyib.

Turun antirekordu isə Zirədə reallaşıb. Cəmi 500 tamaşaçı “Zirə” və “Sumqayıt”ın qollu heç-heçəsinin (1:1) canlı şahidi olub. Maraqlıdı ki, həftənin mərkəzi görüşü olan “Qarabağ” - “Qəbələ” oyunu (0:0) gözləniləndən daha az azarkeşin diqqətini cəlb edib.

“Azərsun Arena”da keçirilən oyunu cəmi 1500 tamaşaçı tribunalardan izləyib. “İnter Arena”da baş tutmuş “Keşlə” - “Səbail” matçında (1:1) da bu qədər (1500) azarkeş qeydə alınıb. Ümumilikdə, yeni ilin ilk turunu cəmi 5500 azarkeş canlı izləyib ki, bu da, hər oyuna orta hesabla 1375 tamaşaçı deməkdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2018

02:54  "Qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov

02:00  "Qarabağ" "Arsenal"a məğlub oldu - YENİLƏNİB

13.12.2018

22:58  "Arsenal" - "Qarabağ" -HEYƏTLƏR

13:19  "Real"ın məğlubiyyəti VİDEO

13:16  "Ayaks" - "Bavariya" VİDEO

12.12.2018

11:25  "Srvena Zvezda" - PSJ 1:4 VİDEO

11.12.2018

12:29  1/4final mərhələsinin püşkü - Ölkə kuboku

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi