Ramin Musayev: "Deyirlər ki, "Neftçi" "Dinamo" ilə mübarizə apara bilmədi"

26.12.2011 | 6755 dəfə oxunub

"Bəzi şəxslər bunu inkar etsə də, 2011-ci ildə Premyer Liqanın inkişaf etdiyinin şahidi olmuşuq. Premyer Liqa komandalarının oyununun sürətlənməsinin özü bir faktdır". 

Stadium.az "Trend" agentliyinə istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 2011-ci ilin yekunlarını şərh edib:

Musayev təəssüflə qeyd edib ki, bir sıra hallarda ölkədə insanlarda futbola həvəs oyatmaq əvəzinə, əks-təbliğat aparırlar. PFL prezidentinin sözlərinə görə, milli komandanın Türkiyə yığması üzərində qələbəsi və bir sıra oyunlarda uğurlu nəticə qazanması futbolun inkişafının göstəricisidir: "Futbol elə bir sahədir ki, nəticə əldə edilməsi üçün vaxt tələb olunur".

Musayev 2011-ci ildə ötən illə müqayisədə stadionlara gələn azarkeşlərin sayının artığını da qeyd edib: "Azarkeşlər əsasən həlledici oyunlara, ilk "altılıq"dakı komandaların qarşılaşmalarına daha çox maraq göstərirlər. Əsasən regionlarda stadionlara gələnazarkeşlərin sayı artır".

Musayev hesab edir ki, "altılıq" sistemi özünü doğruldur: "Bu sistem çempionatlarda oyunun sayını artırmağa şərait yaradır. Futbolçular məhz oyunda öz bacarığını artırır, yalnız məşqlə heç bir nailiyyət əldə olunmaz. Oyunlarınn sayının çox olması futbolun inkişafına təkandır".

Onun sözlərinə görə, "altılıq" sistemi bir növ Avrokuboklar uğrunda yarışlara gedən komandaların daha güclü klublarla oynayaraq Avropa klubları ilə oyunlara hazır olmasına şərait yaradır. Musayev Azərbaycan klublarının 2011-2012 mövsümündə göstərdiyi zəif nəticəyə də münasibət bildirib:

"2011-ci ildə Avrokuboklar uğrunda yarışlarda tək "Qarabağ" nəticə əldə etsə də, püşkatma amilini də nəzərə almaq lazımdır. Bəzən deyirlər ki, "Neftçi" "Dinamo" (Zaqreb) ilə mübarizə apara bilmədi. Axı Xorvatiya klubunun bir oyunçusunun qiyməti "Neftçi"nin bütün heyətinin qiymətinə bərabərdir. Komandalara daha səviyyəli oyunçular gətirməyə ehtiyac var və inanıram ki, növbəti il bunun şahidi olacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail