Emin Mahmudov erməni ilə bir klubda

27.12.2011 | 5622 dəfə oxunub

Moskva "Spartak"ında çıxış edən həmvətənimiz Emin Mahmudovun yeni klubu müəyyənləşmək üzrədir. Stadium.az xəbər verir ki, Mahmudov Rusiya Premyer Liqasında çıxış edən "Krasnodar"a keçməyə yaxındır.

Futbolçunun meneceri Aleksandr Manyakov Mahmudovun keçidi ilə bağlı açıqlamasındabunları dilə gətirib: "Hazırda Eminin özünə klub tapmasına kömək edirəm. Valeri Karpin mənə hələ mövsümün əvvəlində demişdi ki, Emin icarə əsasında başqa bir kluba verilməlidir. Ona görə də biz bir neçə klubla danışıq aparmışıq. Ancaq rəsmi bir addım atılmayıb.

 İkinci "səkkizlik"də yer alan əksər klublar Mahmudovla maraqlanır. İndi isə "Krasnodar" variantı ortaya çıxıb. Onlar da Emini öz heyətlərində görmək istəyir. Karpin Eminin istedadına güvənir. Mahmudovu başqa kluba satmaq barədə düşünmür. Sadəcə icarə əsasında digər klubda oynadıqdan sonra, "Spartak"a tam hazır formada dönməsini istəyir. Çox güman ki, Mahmudov icarə əsasında "Krasnodar"da çıxış edəcək".

"Krasnodar"ın heyətində Ermənistan millsinin üzvü Yura Movsisyan da çıxış edir. Əgər Mahmudovun bu kluba keçidi baş tutsa, həmvətənimiz erməni futbolçu ilə bir komandada mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail