"Neftçi" yeni ilə kubokla başladı

05.01.2012 | 3642 dəfə oxunub

"Neftçi"nin U-14 komandası beynəlxalq turnirdə uğurla çıxış edib. Stadium.az xəbər verir ki, 1998-ci il təvəllüdlü futbolçulardan ibarət komanda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə müvəffəqiyyətlə iştirak edib. Yarışı ikinci pillədə başa vuran komanda kubok və diplomla təltif olunub.  

"Neftçi"nin U-14 komandasının baş məşqçisi Araz Qulamov yarışla bağlı təəssüratlarını klubun rəsmi saytına bildirib:

"Turnir çox yüksək səviyyədə keçdi. Gərgin mübarizənin şahidi olduq. Finaladək uğurla irəliləsək də, həlledici görüşdə "Əlincə" klubuna 2:1 hesabı ilə uduzduq. Lakin yeniyetmə futbolçuların təcrübələrini artırmaq baxımından bu cür turnirlərdə çıxış etmək çox əhəmiyyətlidir. Ümumiyyətlə, "Neftçi"də uşaq futboluna böyük diqqət var. Bizə hər cür şərait yaratdığına görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ