Ozan Can Kökçü: "Bəzi problemlərə görə Azərbaycan millisindən imtina etməyə məcbur olmuşdum"

04.06.2018 | 1127 dəfə oxunub

“Bursaspor”da hədəflərim var idi. Ancaq heyət geniş olduğundan şans qazanmağım çətin idi. Buna görə də Hollandiya çempionatına getməyi düşündüm. Orada yaxşı mövsüm keçirdim”.

Stadium.Az xəbər verir ki, bu sözləri U-21 millimizin üzvü Ozan Can Kökçü Türkiyə mətbuatına açıqlamasında deyib.

20 yaşlı hücumçu növbəti mövsümü müqavilə ilə məxsus olduğu “Bursaspor”da keçirəcək. Bu barədə danışan futbolçu yeni mövsümdə daha yaxşı çıxış edəcəyini bildirib:

“Samet Aybaba bəyəndiyim, futbolu sevən məşqçidir. Onunla çalışacağım üçün xoşbəxtəm. Yeni mövsümü səbirsizliklə gözləyirəm. Hollandiya çempionatı başa çatdıqdan sonra birbaşa Azərbaycana gəldim. Həm millidə, həm də fərdi qaydada məşqlərimi davam etdirirəm. Növbəti mövsümdə yeni baş məşqçimizlə birgə yüksəlişə nail olaraq, əsl Ozan Canın kim olduğunu xatırladacağam".

Kökçü bir müddət əvvəl  U-21 millimizdən imtina etməsindən və yenidən yığmaya cəlb olunması barədə də fikirlərini bildirib: 

“A milli komandası haqda çox danışmaq istəmirəm. Bundan əvvəl Türkiyə yığmasının aşağı yaş qrupları üzrə koordinatoru Tolunay Kafkasla Hollandiyada görüşmüşdük. Mən əvvəl bəzi problemlərə görə Azərbaycan millisindən imtina etməyə məcbur olmuşdum. Amma yeni baş məşqçimiz Rəşad Sadıqovun gəlişiylə yenidən milliyə dəvət aldım. Rəşad Sadıqov çox yaxşı insan və məşqçidir. Onun mənə çox şey öyrədəcəyini düşündüm və yenidən millidə oynamağa qərar verdim. Bu bardə əçox danışmaq istəymirəm. Əsas millidə oynamağın bir az da qismət məsələsi olduğunu düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ