"Tottenhem"də çıxış etmiş futbolçu rəsmən "Qəbələ"də

08.01.2012 | 3411 dəfə oxunub

Qış fasiləsində hücumçu Serje Cehua ilə yollarını ayıran “Qəbələ” hücum xəttini gücləndirib. Stadium.az xəbər verir ki, Türkiyə Superliqası klublarından "Mersin İdman Yurdu"nda çıxış edən Yannik Kamananla 2,5 illlik müqavilə imzalanıb.

Afrika əsilli fransız futbolçu İstanbulda tibbi müayinədən keçib. 30 yaşlı hücumçu 11 yanvarda Qəbələdə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaq və komanda ilə birlikdə məşqlərə başlayacaq.

Qeyd edək ki, karyerası ərzində İngiltərədə “Tottenhem”, Fransada “Strasburq”, “Dijon”, “Ayaçço”, İsraildə Təl-Əviv “Makkabi”si kimi klubların heyətində çıxış etmiş Yannik son 3 ili Türkiyə Superliqasında keçirib və bu müddət ərzində “Sivasspor”un (2,5 mövsümə 40 oyuna 15 qol) və “Mersin İdman Yurdu”nun (8 oyun) şərəfini qoruyub.
 
rn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ