Qurban Qurbanovun mətbuat konfransının vaxtı

05.08.2018 | 3112 dəfə oxunub

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la BATE (Belarus) arasındakı ilk qarşılaşmadan öncə baş tutacaq mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

Sstadium.Az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Aleksey Baqa avqustun 6-da, saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. BATE-nin oyunöncəsi son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov isə "Azərsun Arena"nın mətbuat zalında saat 20:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 19:20-də Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya aparacaq və komandanın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail