Fatih Kavlak: "Bu, kollektivdə rəqabət atmosferini gücləndirib"

12.01.2012 | 5085 dəfə oxunub

Qış fasiləsindəki hazırlıqlara start verən "Qəbələ"nin heyətinə bir neçə gənc futbolçu cəlb edilib. Stadium.az xəbər verir ki, baş məşqçi Fatih Kavlak əvəzedici heyətin bir neçə oyunçusunu əsas heyətlə məşqlərə çağırıb.

Bu barədə açıqlama verən Fatih Kavlak məşq prosesinin rəqabət şəraitində keçdiyini, futbolçuların çox istəkli olduğunu bildirib: "Artıq iki gündür ki hazırlıqlara start vermişik. Hər şey istədiyimiz kimi gedir. Futbolçularımın psixoloji vəziyyəti yüksək səviyyədədir. Hər biri qarşıdakı oyunların ciddiyətini nəzərə alaraq məşqlərə ciddi və istəkli yanaşır. Əvəzedici heyətdə çıxış edən Amil Yunanov, Müşfiq Teymurov və Ürfan Abbasovu da hazırlıq prosesinə cəlb etmişik. Bu isə öz növbəsində gənc futbolçuların bacarığını nümayiş etdirmək şəraitini təmin etməklə yanaşı, kollektivdə rəqabət  atmosferini gücləndirib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail