"Mərhələ keçəcəyimizə inanıram" - Emin İmaməliyev

03.10.2018 | 4232 dəfə oxunub

Oyunun çətin olacağını bilirdik. Rəqib köklü, yaxşı komandadır. “Şerif”i yaxşı təhlil etmişdik. Bilirdik ki, rəqibimiz səfər matçında əks-hücum futbolu oynayacaq. Buna baxmayaraq, bir diqqətsizlik moldovalıların hesabı açması ilə nəticələndi. Buraxılan qoldan sonra futbolçularımız ruhdan düşməyib, sonadək mübarizə apardı". 

Stadium.az xəbər verir ki, bu sözləri Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının I mərhələsində evdə “Şerif”lə 1:1 hesabı ilə heç-heçə etdikləri matçdan sonra deyib. "Mərhələ iki oyunun nəticəsindən ibarətdir. Çalışacağıq ki, səfərdə sərfəli nəticə əldə edək. Mərkəzlə müdafiəni yara bilməyəndə cinahlarla bunu etməyə çalışdıq. Rəqibin təhlili zamanı görmüşdüm ki, ucaboy mərkəz müdafiəçiləri cinah hücumları zamanı səhvlər buraxır. Bu üzdən oyunumuzu belə qurmuşduq. İlk yarıda zəif oynadığımızı düşünmürəm. Bir səhv buraxdıq ki, rəqib də bundan yararlandı. Fasilədən sonra təzyiqi artırdıq, hesabı bərabərləşdirdik. Daha bir, hətta iki qol vura bilərdik. Lakin oyunçularımızda təcrübə çatmadı" - deyə o bildirib.

E.İmaməliyev komandasının hər iki hissədəki oyunundan razı qaldığını söyləyib: "Artıq rəqibi daha yaxşı tanıdığımızdan səfərdə asan olacaq. Rəqib meydanında bizə qələbə lazım olduğundan ikinci hissədəki tempdə oynayacağıq. Komandamızda yetərincə potensiallı futbolçular var. Mərhələ keçəcəyimizə inanıram. Səfər matçı fərqli olacaq. Tiraspolda da məqsədimiz qələbə qazanmaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail