"Belə fürsət yaransa, düşünmədən gedərəm" - Azər Əliyev

24.10.2018 | 4052 dəfə oxunub

Rusiya Premyer Liqa təmsilçisi "Ufa"da çıxış edən Azərbaycan əsilli futbolçu Azər Əliyev yerli mətbuata müsahibə verib.

Stadium.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi öncə futbola gəlişi barədə danışıb: "Futbola öz marağımdan gəldim. Atam da bu idman növünə aşiq idi. Özü futbolla məşğul olmasa da, çox sevirdi. Bu il dünya çempionatının bir neçə oyununu stadiondan izləyərək, uşaqlıq arzusuna çatdı. Mən də futbolçu olmaqla onun arzusunu reallaşdırmışam. Buna görə də xoşbəxtəm".

Azər sonuncu dəfə 2015-ci ildə azərbaycanda olduğunu xatırldadıb: "Mən Gürcüstanın Bəzəkli kəndində doğulsam da, Rusiyanın Krasnoyarsk şəhərində böyümüşəm. Azərbaycanda sonuncu dəfə 2015-ci ildə olmuşam. Çox gözəl ölkədir, hamıya orada olmağı məsləhət görürəm. Bakı sürətlə inkişaf edən böyük meqapolisdir. Azərbaycan mətbəxi möhtəşəmdir. Xüsusilə də anamın hazırladığı yeməklər. Azərbaycanda nərd populyar olsa da, mən həvəskarı deyiləm, amma oynaya bilirəm". Əliyev Azərbaycan futbolu barədə də danışıb: "Azərbaycanda futbola böyük sərmayələr qoyulur. Klublar Avropa arenalarında layiqincə çıxış etməyə başlayıblar. "Qarabağ" və "Qəbələ"nin kifayət qədər güclü heyətləri var".

Milli komanda seçimini etməyən Azər gələcək karyerasından söz açıb: "Öz üzərimdə işləməli və artırmalıyam. Əgər İspaniya və İtaliya çempionatlarında oynamaq fürsəti yaransa, düşünmədən gedərəm. "Real"a xüsusi simpatiyam var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail