"Qəbələ"də yeni mütəxəssis

17.01.2012 | 5301 dəfə oxunub

“Qəbələ” stadionunda yeni təyinat gerçəkləşib. Stadium.az xəbər verir ki, ingiltərəli Mət Frost təbii ot örtükləri üzrə baş mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb. O, bu postda “Qəbələ”də təbii örtüklü meydançaların istifadəyə verilməsində və daim hazır vəziyyətdə saxlanmasında böyük rolu olan Filip Şarplesi əvəzləyib. 

Uzun müddətdir bu sahədə fəaliyyət göstərən Frost dünyanın müxtəlif bölgələrində gördüyü işlərlə yadda qalıb. Frostun çalışdığı stadionlar arasında İngiltərənin “Uembli”, Rusiyanın “Lujniki”, Çinin “Beijing”, Yunanıstanın “Olimpiya” kimi məşhur arenaları yer alıb. 

Qəbələ haqqında təəssüratlarını klubun rəsmi saytına açıqlayan Frost hazırda işlərin plana uyğun getdiyini bildirdi: “Qəbələ gözəl və maraqlı təbiətə malikdi. Dünyanın müxtəlif yerlərində işləmişəm. Buranın qışı şimal, yayı isə cünub ölkələrini xatırladır. Ona görə də Qəbələdə ota xüsusi qayğı ilə yanaşmaq lazımdır. İşlərimiz plan üzrə gedir. Hazırdı istifadədə 4 təbii meydançamız var. Akademiya üçün nəzərdə tutulan təbii örtüklü meydançada da ot yetişməkdədir. Sözügedən örtüyün yazın sonu – yayın əvvələrinə hazır olması gözlənilir”.

Qəbələ stadionun dünyanın məşhur stadionları ilə müqayisə edən Frost qarşıdakı illərdə Qəbələdə də dünya səviyyəli stadionun olacağını söylədi: “Qəbələ”nin gələcək layihələrindən xəbərdaram. Təcrübəm deməyə əsas verir ki, yaxın gələcəkdə Qəbələdə də yüksək standartlara cavab verən və Avropa arenalarından geri qalmayan stadion olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail