Vaqif Cavadov: "Qarabağ"a qayıdacağımı demişdim"

18.01.2012 | 4447 dəfə oxunub

“Qarabağ” fasilə dönəmində ilk transferini reallaşdırıb. Stadium.az xəbər verir ki, 2010-cu ilin yanvarında “Qarabağ”dan “Twente”yə transfer olunan Vaqif Cavadov 2 illik fasilədən sonra yenidən doğma komandasına qayıdıb.

2007-2010-cu illərdə “Qarabağ”ın heyətində məşhurlaşmış 23 yaşlı forvard geri dönüşündə komandayla böyük uğurlara imza atmaq niyyətindədir. Cavadovla 2,5 illik müqavilə imzalandı və bu gün ilk məşqinə çıxıb.

Vaqif klubun rəsmi saytına verdiyi açıqlamada karyerasının yeni səhifəsini dəyərləndirib: “Əslində bunu yeni transfer kimi qiymətləndirmək olmaz. 17 yaşım olanda “Qarabağ” mənə sahib çıxmışdı. 3 il gözəl anlar keçirmişdim “Qarabağ”da. Təəssüf ki, “Tvente” macərası məndən asılı olmayan səbəblərə görə alınmadı. Ağır zədə almağım vəziyyəti çətinləşdirdi. Amma cəmi 22 yaşım var. Gələcəyim hələ qabaqdadı. “Qarabağ”da hələ bitməyən işim var. Bu komanda mənə çox doğmadı. “Tvente”yə gedərkən mütləq “Qarabağ”a qayıdacağımı demişdim. Hətta başqa komandalarda oynayanda belə “Qarabağ” mənim üçün xüsusi olub. “Qarabağ” mənim üçün mənəvi bağlarla yanaşı başqa amillərə görə də uğurludu. Çünki, oyun üslübumun “Qarabağ”a uyğun gəldiyini düşünürəm. Burda futbol üçün hər şey var. Hətta “Volqa”da oynayarkən ruslara verdiyim müsahibədə “Qarabağ”ın futbolu bilən rəhbərliyinin, əla kollektivinin və güclü baş məşqçisinin olduğunu bildirmişdim. Belə də 2-ci evimə qayıtmışam. Parladığım, tanındığım komandaya daha çox xeyir vermək istəyirəm. İnanrıam ki, “Qarabağ” camiəsi üçün ən yaxşını edə biləcəm. Azarkeşlərimiz “Tvente”də olanda məni həmişə dəstəkləyirdi. İndi vurduğum qollar və komandama xeyir verməklə yenidən onları sevindirmək istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.01.2020

15:51  "Breşia" - "Milan" - 0:1 VİDEO

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

24.01.2020

23.01.2020

11:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10:24  "Yuventus" - "Roma" - 3:1 VİDEO

10:16  "Reyms" - PSJ - 0:3 VİDEO

22.01.2020

16:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:25  "Napoli" - "Latsio" - 1:0 VİDEO

21.01.2020

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə