Aftandil Hacıyev: "Rahid Əmirquliyevin anasının dünyasını dəyişməsi komandaya təsir etmişdi"

01.12.2018 | 2124 dəfə oxunub

“İtkilərimiz var idi. Rahid Əmirquliyevin yoxluğu oyuna təsir etdi. Futbolçularımız əllərindən gələni etdilər. Matça yanaşmalarından razı qaldım. Amma nəticədən narazıyam".  

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 13-cü turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. 

O, məğlubiyyətin səbəbini belə izah edib: “Kapitan Rahid Əmirquliyevin anasının dünyasını dəyişməsi komandaya təsir etmişdi. Amma deməzdim ki, kollektiv istəksiz idi. Sadəcə, fərdi səhvlər etdik. Süni örtüklə təbii ot arasında fərq var. Bu, futbolçulara çətinlik törədir. Amma bu, əsas səbəb ola bilməz. Bu gün səhvimizdən rəqib yararlandı”.
 
A.Hacıyev qapıçı Emil Balayevə kobud səhvi barədə də danışıb: ”Heç nə demədim. Ondan əvvəl də fərdi səhvlərə yol verənlər var idi. Futbolda belə hallar olur. Amma birgə olmağımız üçün nəticələri yaxşılaşdırmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.05.2019

17.05.2019

16.05.2019

18:36  "Qarabağ" Avstriyaya gedir - Hazırlıq planı açıqlandı

15.05.2019

13.05.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi