"Qəbələ"dən ilk transfer - Rəsmi

06.01.2019 | 3558 dəfə oxunub

Bu gün 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Stadium.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu sıralarına qatıb. Son klubu "Zirə" olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

2010/11, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də “Qəbələ”də çıxış edən Nəzirov “qırmızı-qara” formada ümumilikdə 28 oyun keçirib. Bunlardan 25-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib. Anar karyerası ərzində həmçinin “Kəpəz”, “Turan”, “Neftçi”, “Standard” və “Sumqayıt”ın da formasını geyinib. O, Premyer Liqada 219 matç keçirib.

Azərbaycan milli komandasında 2012-ci ildə debüt edən qolkiper əsas yığmada indiyədək 4 matçda meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail