"Sanki başqa bir dünyaya düşmüşəm"

23.01.2012 | 5413 dəfə oxunub

“Bakı” bu gündən etbarən hazırlıqların ikinci mərhələsinə start verib. Stadium.az xəbər verir ki, Antalyaya yollanan komandanın heyətində gənc futbolçuların çoxluğu diqqəti cəlb edir.

İlk dəfə təlim-məşq toplanışına qatılan 18 yaşlı hücumçu Tural Qürbətov əsas komandada debütü və hazırlıqların gedişi ilə bağlı fikirlərini belə izah edib:

“İlk dəfədi ki, əsas komanda ilə təlim-məşq toplanışında iştirak edirdim. Burada məşqlər fərqlidi. Məşqlərimiz mənim üçün ağır olsa da, usta futbolçularla bir yerdə olmaq mənə çox şey öyrədir. Yoldaşlıq oyunlarında rəqiblərimiz çox güclü komandalar idi. Məğlub olduğumuz üçün üzgunəm, digər tərəfdən isə bu oyunlar mənim üçün böyük futbol mənası daşıyır. Dünya səviyyəli oyunçulara qarşı oynamaq, əlbəttə ki, çətindi. Ancaq bu əvəzsiz xatirədi. Sanki başqa bir dünyaya düşmüşəm. Ancaq mən buna hazıram.

“AZ Alkmaar”a qarşı meydana çıxmaq böyük məsuliyyət tələb edir. Xoşbəxtəm ki, məşqçimiz Aleksandr Starkov mənə belə bir imkan yaratdı. Komanda yoldaşlarımdan geri qalmamağa çalışıram, onlardan çox şey öyrənirəm. Bundan da sonra var gücümlə çalışacağam ki, əsas komanda oynamaq haqqı qazanım”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail