"Zirə"nin doğma arena həsrəti başa çatır

01.02.2019 | 4169 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la görüşü “Zirə” üçün əlamətdar olacaq. “Qartallar” 2018/19 mövsümündə ilk dəfə ev oyununu doğma arenada keçirəcək. Belə ki, fevralın 2-dəki görüş Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Stadium.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, arenada aparılan təmirlə əlaqədar olaraq paytaxt klubu mövsümün ilk yarısında rəqiblərini fərqli stadionlarda qəbul etməli olurdu. “Qartallar” 5 çempionat və 1 kubok oyununu “Dalğa Arena”da keçirməli olubsa, “Bakcell Arena” və “AZAL Arena”nın hərəsində bir Premyer Liqa matçına ev sahibliyi edib. “Zirə”nin doğma stadionundakı son oyunu 2017/18 mövsümünə təsadüf edib. Qəsəbə təmsilçisi 2018-ci il mayın 12-də baş tutan son ev matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. 266 gündən sonra Zirə İdman Kompleksinin stadionuna çıxacaq “Qartallar”ın bu arenadakı son qollarına Riçard Qadze və Tellur Mütəllimov imza atıb.

“Sabah”la görüş "Zirə"nin doğma stadionunda 64-cü oyunu olacaq. “Zirə” indiyədək Premyer Liqada 46, Azərbaycan kubokunda 4, Birinci divizionda 13 dəfə rəqiblərini bu arenada qəbul edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail