Tərlan Əhmədov: "İki fərqli hissə izlədik"

03.03.2019 | 5209 dəfə oxunub

Azərbaycan Premyer Liqasında XIX turun “Keşlə” – “Qarabağ” oyunundan (0:1) sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib.

Stadium.az xəbər verir ki, 47 yaşlı mütəxəssis matçı belə şərh edib: “İki fərqli hissə izlədik. İlk yarıda topa nəzarət edə bilmirdik. Xırda bir səhvdən sonra rəqib bizi əks-hücumda yaxalayıb, qol vurdu. Kaş ki pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz var idi. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldı. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq”. Baş məşqçi əsas problemlərinin futbolçuların arxaya, xüsusən də qapıçıya ötürmə etmələri olduğunu vurğulayıb: “Ən böyük problem budu. Rəqibi təzyiq altında saxladığın vaxtda qapıçı Kamran Ağayevə ötürmə verilir. Məşqlərdə daha çox bunun üzərində işləyirik. Səbəbi mənim üçün də qaranlıqdı. Alınmır ki alınmır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail