Aftandil Hacıyev: "Mövsüm başa çatdıqdan sonra müzakirələr aparacağıq"

28.04.2019 | 317 dəfə oxunub

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

-  Komandamı təbrik edirəm. Mövsümün ən vacib qələbəsini qazandıq. Gərginlik böyük idi, ancaq uşaqlar təmkinli oldular. Azarkeşlərimizi də təbrik edirəm. Onların sayı durmadan artır və bu, bizi sevindirir. 
 
- Elxan Əhmədovun Premyer Liqada nə işi var?

- Gənc qapıçıdır...
 
- 26 yaşında gənc?

- Qapıçı üçün çox yaş deyil. Təcrübəsi də azdır. Bəli, səhvləri oldu. Ancaq bu gün ondan razı qaldım.

- Bürünc medala görə sizi təbrik etmək olar?

- Xeyr, hələ tezdir. Doğrudur, 5 xal fərq yarandı. Ancaq növbəti turda “Qarabağ”la oynayırıq. Belədə, 3-cü yerin taleyi son tura qala bilər.
 
- Ruslan Qurbanova nə olub?

- Zədədən sonra oyun tonusundan düşüb. 
 
- Komanda Avropa Liqasının demək olar ki, qapısını açıb. Yəqin ki, yayda komandaya yeni qolkiper cəlb olunacaq?

- Bu suala cavab verə bilmərəm. Çünki planlar barədə rəhbərliklə mövsüm başa çatdıqdan sonra müzakirələr aparacağıq. İstər transfer mövzusu olsun, istərsə də klubun büdcəsi haqda. Ancaq Rıbkanın zədəsi ciddi olsa, bir tək Elxan Əhmədovun ümidinə qala bilmərik və təbii ki, əlavə qapıçıya ehtiyacımız olacaq.
 
-   Bu sual birbaşa sizə aid olmasa da, maraqlıdır, ukraynalı futbolçulara qarşı ölkə çempionatımızdakı “soyqırım” nədən qaynaqlanır? Əvvəlcə, “Neftçi”dən Kiril Petrov, ardınca “Qəbələ”dən Dmitri Bezotosnı, bu gün də Aleksandr Rıbka zədələndi.

(Gülərək) Bu, o deməkdir ki, ukraynalılar Azərbaycan çempionatının sürəti ilə ayaqlaşa bilmirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2019

23.05.2019

11:22  "Azərbaycan gözəl ölkədi" - David Luiz

22.05.2019

21.05.2019

20.05.2019

16:07  "Napoli" - "İnter" - 4:1 VİDEO

00:06  "Eybar" - "Barselona" 2:2 VİDEO

19.05.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi