Bordin: "Komandamın oyunundan və çempionatın səviyyəsindən tam razıyam"

12.05.2019 | 1401 dəfə oxunub

"Komandamın oyunundan və çempionatın səviyyəsindən tam razıyam. Düzdür, biz birinci yerdə idik, amma bəzi oyunlarda xallar itirdik. Sonadək mübarizə apardıq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 28-ci turunda evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Matçla bağlı fikirlərini açıqlayan italiyalı mütəxəssis gələcək planlardan da söz açıb:

"Oyun məni qane etdi. "Qarabağ” bunadək çempionluğu təmin etsə də, bu gün hər iki komanda yaxşı oyun göstərdi. Ümumilikdə çempionatı dəyərləndirsəm, komandamızın oyunundan razıyam. Çempionluq uğrunda güclü komandaya qarşı mübarizə apardıq. Moldova və Azərbaycan çempionatlarının hərəsinin öz yeri var. Burada çox yaxşı futbolçular gördüm. Onlarla işləmək xoşdur. Növbəti mövsümə çox ciddi hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə