"Qəbələ" "Monako"ya uduzub, 10-cu oldu

13.05.2019 | 1155 dəfə oxunub

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Fransada təşkil olunan “Snaf Mondial Cup”da çıxışını başa vurub.

“Qırmızı-qaralar” yarışın sonuncu günündə 9-10-cu yerlər uğrunda oyunda qüvvəsini sınayıb. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda “Monako” ilə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Qalib gələn “Knyazlıq klubu” 9-cu, “Qəbələ” isə 10-cu yeri tutub.

San Nazer şəhərində təşkil olunan yarışa A qrupunda başlayan “Qəbələ” bu mərhələdə “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub. Komandamız 9-16-cı yerlər uğrunda mübarizədə “Brest”i 1:0, “Tuluza”nı (hər ikisi Fransa) 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında məğlub edib – 3:2.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə