"Qarabağ"ın 2 futbolçusu zədələndi

01.08.2019 | 5051 dəfə oxunub

"Qarabağ"ın futbolçusu  Filip Ozobiç yenə zədələnib. Stadium.Az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi  Çempionlar  Liqasının 2-ci təsnifat mərhələsində hazırda davam edən "Dundalk"la matçın 24-cü dəqiqəsində topa zərbə vurduğu epizodda rəqiblə toqquşaraq, zədə alıb.

Oyuna davam edə bilməyən Ozobiç bir dəqiqə sonra Dani Kintana ilə məcburi əvəzlənib.

Bu, 28 yaşlı oyunçunun 2019/2020 mövsümündə ikinci zədəsidir. O, bundan əvvəl əzələsini dartdığı üçün "Dundalk"la ilk oyunu buraxmışdı.

Bundan başqa, "Qarabağ"ın daha bir futbolçusu da zədələnib. Miçel Çempionlar Liqasının ikinci təsnifat mərhələsində hazırda davam edən "Dundalk"la matçda zədə alıb və 73-cü dəqiqədə Simeon Slavçevlə məcburi əvəzlənib.

İspan yarımmüdafiəçi bundan əvvəl dizindən zədələndiyi üçün İrlandiya klubu ilə ilk görüşdə (1:1) oynamamışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail