"Neftçi"nin Avropa Liqasındakı qazancı nə qədər oldu?
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında "Bnei Yehuda"ya İsraildə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Neftçi" çıxışını 780 min avro (təxminən, 1,5 milyon manat) qazancla başa vurub.
Stadium.Az xəbər verir ki, paytaxt təmsilçisi I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 240 min avro, 260 min avro və 280 min avro alacaq.
"Neftçi"dən öncə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Səbail" və "Qəbələ" də mübarizəni dayandırıb. Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kiprin APOEL komandasını keçə bilməyən "Qarabağ" Avrokubokdakı yoluna Avropa Liqasında davam edəcək. Ağdam təmsilçisi "pley-off"da Şimali İrlandiyanın "Linfild" kollektivi ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 22-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.
UEFA-nın 2019/2020 avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in "pley-off" mərhələsində mübarizəni dayandıracaq klublar arasında 30 milyon avro bölüşdürləcək və hər bir kluba 5 milyon avro çatacaq.
ÇL-in qrup mərhələsinə düşəcək 32 klubun hər biri 15,25 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar.
1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.
Avropa Liqasının qrup mərhələsinin iştirakçıları hərəyə 2,92 milyon avro, qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.
Super Kubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə əlavə 1 milyon avro əldə edəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |