Qurban Qurbanov: "Hələ vaxtımız var"

31.08.2019 | 6387 dəfə oxunub

"Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir". Stadium.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən klubun rəsmi saytına deyib.

47 yaşlı mütəxəssis "DüdelanJ"la (Lüksemburq) daha öncə qarşılaşdıqlarını bildirib. Təcrübəli məşqçi həmin vaxtdan uzun müddət keçdiyini də sözlərinə əlavə edib:

"Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. "Sevilya" (İspaniya) isə hamıya bəllidir, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqibləri daha yaxından analiz etməyə çalışacağıq".

Qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək. "Qarabağ" cari Avrokubok mövsümündə, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2).  "Düdelanj"ı isə 2016/2017 mövsümündə ÇL-in II təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb (2:0, 1:1).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail